Doqquz ayda “Səngəçal” terminalından 227 milyon barel neft ixrac olunub

Bu ilin ilk doqquz ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və təbii qazın sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilməsi davam etdirilib.

“bp-Azerbaijan” şirkətindən AzərTAc-a verilən məlumata görə, hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft, “Şahdəniz” qazı üçün, təqribən, 27,4 milyon standart kubmetrdir. Terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündə təqribən 41,5 milyon kubmetr təşkil edir.

İlin birinci üç rübü ərzində terminaldan 227 milyon barel neft, həmçinin gündə isə orta hesabla 26,351 milyon standart kubmetr “Şahdəniz” qazı ixrac olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında