“Azərsu” ASC regional təlim inkişaf proqramlarını davam etdirir

Füzuli rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində növbəti ”Kompleks Təlim Proqramı"nın açılışı keçirilib. Horadiz şəhərində təşkil olunmuş tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.

Heydər Əliyev Mərkəzində keçirilmiş açılış mərasimində əvvəlcə  “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib. Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən və rayonda aparılan abadlıq-quruculuq işlərindən söhbət açıb. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əhalinin sosial problemlərinin həlli istiqamətində Füzuli rayonunda mühüm işlər görüldüyünü diqqətə çatdıran natiq son zamanlar cəbhəyanı bölgədə yaşayan sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

“Azərsu” ASC-nin sədr müavini Mahir Məmmədov istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində regionlarda həyata keçirilən layihələr barədə məlumat verməklə yanaşı, kadrların peşəkarlığının artırılmasına da xüsusi diqqət yetirildiyini bildirib. Yeni infrastrukturu idarə etmək üçün peşəkar kadrların hazırlanmasının prioritet kimi müəyyənləşdirildiyini vurğulayan M. Məmmədov onu da deyib ki, həyata keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcəkdir.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov isə qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə cəbhəyanı kəndlərdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. O daha sonra qeyd edib ki, cəbhə xəttində yerləşən və içməli sudan əziyyət çəkən kəndlərin problemlərinin həlli istiqamətində işlər sürətlə davam etdirilmiş, yerli icra strukturlarının dəstəyi ilə Füzuli rayonun cəbhə bölgəsində yerləşən kəndlərinin içməli su problemi köklü şəkildə həll olunmuşdur.

Tədbirə dəvət olunmuş Fransanın “Suez Environment” şirkətinin layihə direktoru Alen Karbonel  keçirilən təlimləri yüksək qiymətləndirib  və “Azərsu” ASC ilə əməkdaşlığın faydalı olacağını vurğulayıb.

“Azərsu” ASC-nin işlər idarəsinin rəis müavini Rahid Fətəlizadə  Füzuli rayonunda keçirilən 6-cı regional təlimdə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, İmişli, Laçın, Tərtər, Xocavənd və Zərdab sukanal idarələrinin 224 nəfər əməkdaşının iştirak etdiyini diqqətə çatdırıb.

Açılış mərasimindən sonra Füzuli rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəyə baş çəkən “Azərsu” ASC-nin rəhbərliyi şəxsi heyətlə görüşərək onlara müxtəlif hədiyyələr təqdim edib.

 

M. YAQUBZADƏ,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
Janaury, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında