Gürcüstan Prezidenti “Baku Steel Company”-yə “İlin metallurgiya şirkəti” mükafatını təqdim etdi

Gürcüstanın Tbilisi şəhərində  keçirilən II Beynəlxalq Caspian Energy Forumu “Baku Steel Company” MMC-nin  2014-cü ildə də Qafqaz regiononda metallurgiya sahəsində  flaqman şirkət olduğunu bir daha təsdiq etdi. Forumda Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili “İlin metallurgiya şirkəti” nominasiyasında “Caspian Energy Award” mükafatını şirkətin satış və marketinq departamentinin rəhbəri  Rüstəm Kərimova təqdim etdi.

Tbilisidə keçirilən çoxsaylı iştirakçı və nümayəndələrin, o cümlədən xarici diplomat və qonaqların qatıldığı II Beynəlxalq Caspian Energy Forumu həmişə olduğu kimi, bu dəfə də investorların böyük marağına səbəb oldu. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirak etdiyi forum zəngin proqramı ilə seçilirdi.

Forumun birinci hissəsi Gürcüstanın Xəzər-Qara dəniz-Aralıq dənizi regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasına, Gürcüstanın əsas rol oynadığı enerji, nəqliyyat və infrastruktur layihələrinə həsr olunmuşdu. İkinci hissədə isə qeyri-neft sektorunun, maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, inşaat və digər sahələrə sərmayələrin inkişafından, eləcə də biznesin aparılması, biznes-hakimiyyət dialoqunun yaradılması məsələləri və Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərin perspektivlərindən bəhs edilirdi.

Tbilisi forumunda “Baku Steel Company” MMC-nin “İlin metallurgiya şirkəti” elan edilməsi gözlənilən idi. Nəinki ölkəmizdə, eləcə də ağır sənaye sahəsində Qafqaz regionunda  yaradılmış ilk özəl və müasir poladəritmə müəssisəsi  olan “Baku Steel Company” son 13 ildə böyük bir inkişaf yolu keçərək ölkə iqtisadiyyatında mühüm yer tutmuş, yeni iş yerlərinin açılmasında, ekoloji tarazlığın yaranmasında yaxından iştirak etmiş, qeyri-neft sektorunda böyük vergi ödəyicilərindən biri olmuşdur. Məhsulların qiymət və keyfiyyətinin optimallaşdırılması təkcə daxili bazara deyil, həm də Azərbaycana qonşu olan ölkələrə də (Rusiya, Gürcüstan, Türkmənistan) məhsullarının ixrac olunmasında rəqabətyönlü qiymətlərin təklif edilməsinə şərait yaratmışdır.  İllik istehsal gücünü 1 milyon tona çatdıran şirkət bu il noyabır ayının əvvələrində hazırladığı çoxçeşidli tikinti məhsullarının qiymətini 720 manatdan 590 manata endirmişdir. Şirkətdə uğurla həyata keçirilən texnoloji proseslərin optimallaşdırılması, investisiya siyasətinin gücləndirilməsi, sosial infrastrukturun yenidən qurulması və digər kompleks islahatlar bu gün də uğurla davam etdirilir.

“Baku Steel Company” MMC-nin mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında