Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

Noyabrın 17-də İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansuri ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, dostluq və hörmət prinsiplərinə əsaslandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, kənd təsərrüfatı, yüksək texnologiyalar, enerji, təhsil, investisiya qoyuluşu sahələrində əlaqələr uğurla davam edir. Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin məhz Bakıda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən böyük önəmin göstəricisidir. Nazir mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Nazir Sultan Bin Səid Əl Mansuri ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, bir sıra sahələrdə əməkdaşlığın genişlənməsinin diqqəti cəlb etdiyini vurğulayıb. BƏƏ-nin Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu qeyd edən qonaq müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının artırılmasına dair fikirlərini bildirib.

Sonra Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.

İclasda Azərbaycanı İqtisadiyyat və Sənaye naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Birləşmiş Ərəb Əmirlikləri isə İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin rəhbərlik etdiyi bu ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri ilə təmsil olunub.

İclasda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlığın inkişafına geniş imkanlar açdığını, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, zəruri müqavilə-hüquqi bazanın yaradıldığı qeyd edilib. Nazir Şahin Mustafayev BƏƏ nümayəndə heyəti ilə keçirilən görüşdə Bakı-Dubay və gələcəkdə Bakı-Abu-Dabi əməkdaşlıq qruplarının yaradılmasına və Azərbaycan-BƏƏ birgə Biznes Şurasına dair müzakirələrin aparıldığını qeyd edib, bunun əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağını vurğulayıb. İqtisadiyyat və Sənaye naziri İKT, alternativ enerji, kənd təsərrüfatı, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından səmərəli olacağını bildirib.

Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 4-cü iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən Şahin Mustafayev enerji, maliyyə, hava nəqliyyatı, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini, bununla belə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

İclasda çıxış edən Hökumətlərarası Komissiyanın Birləşmiş Ərəb Əmirlikləri tərəfdən həmsədri Sultan Bin Səid Əl Mansuri səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib, əlaqələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində uğurla davam etdiyini vurğulayıb. Səfər zamanı Azərbaycan Prezidenti tərəfindən qəbul edildiklərini xüsusi vurğulayan Sultan Bin Səid Əl Mansuri bu görüşdən böyük təəssüratla ayrıldıqlarını, paytaxt Bakıda həyata keçirilən quruculuq və abadlıq işlərindən məmnunluğunu bildirib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanları barədə məlumat verən qonaq Azərbaycana müxtəlif malların ixracında maraqlı olduqlarını qeyd edib.

Sonra Azərbaycanın biznes və investisiya mühitinə, Sumqayıt Kimya Sənaye Parkına, Yüksək Texnologiyalar Parkına və göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair təqdimatlar keçirilib.

Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub.

Sonda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri imzalayıblar. Protokolda sənaye, energetika, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, ticarət, investisiyalar, turizm, əqli mülkiyyət hüququ, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında