Gədəbəy: qazanılmış uğurlar arxayınlaşmağa əsas vermir

Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçımızın nitqindən irəli gələn vəzifələrdən, Azərbaycanın iqtisadi uğurlarından, respublikada həyata keçirilən qlobal layihələrdən, abadlıq və quruculuq işlərindən, habelə qarşıda duran həlli vacib məsələlərdən ətraflı danışmışdır.

 Daha sonra RİH başçısı qeyd etmişdir ki, 2014-cü ilin doqquz ayında Gədəbəy rayonunda sosial infrastrukturun yaradılması ilə bağlı işlər davam etdirilmişdir. Samanlıq kəndində 180 , Arıqdam kəndində 480 şagird yerlik tam orta məktəblər və Gədəbəy şəhərində Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilmişdir. Həmçinin 180 şagird yerlik İsalı və Təhsil Nazirliyinin sifarişi ilə180 şagird yerlik Moruxlu kənd tam orta məktəblərinin,Gədəbəy şəhərində və Novosaratovka kəndində uşaq bağçalarının tikintisi davam etdirilmişdir.

 Ölkə Prezidentinin müvafiq sərəncamları ilə tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılmış 56 kilometr uzunluğunda Gədəbəy-Novosaratovka-Qaravəlilər, tikintisinə 2013-cü ildə başlanılmış 13,3 kilometrlik Qarıkənd-Miskinli-Çalburun və 5 kilometrlik Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi başa çatdırılmışdır. İcra hakimiyyətinin başçısı bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə gədəbəylilər adından minnətdarlığını bildirmışdir.Qeyd olunmuşdur ki bütün bu işlərdən əlavə Heydər Əliyev parkının şimal-qərb hissəsində 1000 nəfər tamaşaçı tutumu olan “Amfiteatr”ın, rayon mərkəzində “Saat qülləsi”nin inşası başa çatdırılmış və ətrafında abadlıq işləri aparılmışdır. Rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rayon dövlət yanğından mühafizə hissəsinin inzibati binaları tikilərək istifadəyə verilmiş, Kənd Təsərrüfatı Nazirliyinin Gədəbəy rayon idarəsinin inzibati laboratoriyasının binasında tamamlama işləri aparılır. Rayon mərkəzində abadlıq işləri davam etdirilir. Daha sonra icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayev çıxış edərək demişdir ki, 2014-cü ilin doqquz ayında rayonda ümumi daxili məhsul istehsalının həcmi 260785,1 min manat olmuşdur .Ümumi məhsul istehsalında sənaye məhsulları istehsalı 40204,7 min manat və ya ümumi daxili məhsul istehsalının 15,4 faizi, kənd təsərrüfatı məhsulları istehsalı 126256,4 min manat və ya ümumi daxili məhsul istehsalının 48,4 faizini, ticarət 71174 min manat və ya ümumi daxili məhsul istehsalının 27,2 faizini təşkil etmişdir. Qalan 8,8 faiz tikinti, nəqliyyat, rabitə və digər xidmətlər sahəsinə olan məhsul istehsalının payına düşmüşdür.

İclasda çıxış edənlər belə bir ümumi fikri ifadə etmişlər ki, Gədəbəyin daha da abadlaşdırılması, gözəlləşdirilməsi üçün bütün imkanlar səfərbərliyə alınmalı, hər kəsdə məsuliyyət hissi artırılmalıdır.

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında