Kənd Təsərrüfatı naziri Xaçmaz şəhərində Şimal bölgəsindən olan vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, Kənd Təsərrüfat naziri Heydər Əsədov noyabrın 7-də Xaçmaz şəhərindəki Tarix Diyarşünaslıq Muzeyində  Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.

Müraciətlərin əksəriyyəti suvarma sistemində yaranan problemlər, subsidiyaların miqdarı, kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranan xəstəliklər və işlə təminat ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların qaldırdıqları bir çox məsələlər yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan  müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınaraq nəzarətə götürülüb.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında