Bakı Metropoliteni işçiləri peşə bayramlarını qeyd edirlər

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı Sərəncama əsasən hər il noyabrın 8-i metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, bu münasibətlə noyabrın 7-də keçirilən təntənəli tədbirdə əvvəlcə Bakı Metrosunun dünəni, bu günü və sabahından bəhs edən film nümayiş olunub.

Daha sonra “Bakı Metropoliteni” QSC-nin sədri  Zaur Hüseynov  çıxış edərək metronun yaranma tarixindən danışıb. O, “Bakı Metropoliteni” QSC-nin kollektivi adından metropoliten işçilərinin fədakar əməyinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Zaur Hüseynov qeyd edib ki, bu il fevralın 27-də Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” QSC-nin yaradılması qarşıda böyük üfüqlər açıb.

QSC sədri bildirib ki, metronun əsas inkişaf mərhələləri ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Məhz 1970-1980-ci illərdə metro tikintisində böyük inkişafa nail olunub. Bu illərdə “Ulduz”, “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Qara Qarayev”, “Neftçilər”, “Nizami”, “Bakmil” stansiyaları istifadəyə verilib. Hazırda Bakı Metropoliteninin mövcud 23 stansiyasından 14-ü  məhz ulu öndər Heydər Əliyevin Bakı Metrosuna böyük diqqət və qayğısı nəticəsində  inşa olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda metro tikintisinin bu gün də uğurla davam etdirildiyini deyən Z.Hüseynov diqqətə çatdırıb ki, “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə əsasən gələcəkdə Metropolitenin ümumi şəbəkəsi 119 kilometr uzunluğa malik 5 xətdən və 76 stansiyadan ibarət olacaq. Yəni, 53 yeni stansiya inşa ediləcək və 84,3 kilometr yeni xətt çəkiləcək.

Cəmiyyətin sədri QSC yarandıqdan sonra icrasına başlanılan layihələrdən, tətbiq olunan və nəzərdə tutulan texnoloji yeniliklərdən, sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün görüləcək işlərdən də danışıb. Qeyd edilib ki, Fransanın 3 şirkəti ilə imzalanan müqavilələrə əsasən müasir idarəetmə və işarəvermə sistemləri quraşdırılacaq, yeni tunellərin tikintisi həyata keçiriləcək, yeni vaqonların alınması ilə metropoliten Avropa standartlarına daha da yaxınlaşacaq.

Digər çıxış edənlər  “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov, Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Arif Mərdanov yeni yaradılan cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıblar.

“Thales” şirkətinin layihə meneceri Gallet Francois və “Bouyges” Kompaniyasının Beynəlxalq inkişaf departamentinin icraçı direktoru Jean Denys Arnal “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

Sonda bir qrup metro işçisi fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında