“Azərsu” ASC beynəlxalq əməkdaşlığı genişləndirir

İçməli su təchizatı və kanalizasiya sektorunda yeni texnologiyaların mənimsənilməsi və tətbiqi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində qabaqcıl təcrübələrin öyrənilməsinə xüsusi diqqət yetirilir.

“Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında bağlanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində səhmdar cəmiyyətin mütəxəsislərdən ibarət nümayəndə heyəti oktyabrın 22-dən 31-dək Fransa, Əlcəzair və İspaniyada səfərdə olmuşlar. Səfər müddətində mütəxəssislər  “Suez Environnement” şirkətinin Paris, Orlean, Əlcəzair və Barselona şəhərlərində fəaliyyəti və həyata keçirdiyi layihələrlə tanış olmuş, təcrübə mübadiləsi aparmışlar.

Fransanın Orlean şəhərində “Suez Environnement” şirkətinin istismar etdiyi tullantı sularının təmizləmə məntəqəsinə səfər təşkil olunmuşdur. Səfər zamanı mütəxəssislərə tullantı və yağış sularının idarə olunması sistemlərinin iş prinsipləri barədə ətraflı məlumatlar verilmişdir.

Nümayəndə heyətinin “Suez Environnement” şirkətinin Parisdə yerləşən tədqiqat mərkəzində keçirdiyi görüşdə şirkətin icra etdiyi layihələrin  ətraf mühitə təsiri məsələləri müzakirə edilmişdir. Bundan əlavə, adıçəkilən  şirkətin muzeyinə də baxış keçirilmişdir.

Əlcəzairə səfər çərçivəsində isə nümayəndə heyəti Əlcəzair şəhərində sutəmizləyici məntəqədə olmuş, burada yerləşən laboratoriyaya baxış keçirmişdir. Qonaqlara “Suez” şirkətinin Əlcəzairdə tətbiq etdiyi Wikti qiymətləndirmə sisteminin nəticələri  barədə məlumat verilmişdir. Azərbaycanlı mütəxəssislər burada yaradılmış mərkəzləşdirilmiş logistika sistemi ilə tanış olmuş və mərkəzi anbara baxış keçirmişlər. Səfər çərçivəsində “Suez Environnement” şirkətinin Əlcəzairdə gördüyü işlər haqqında nümayəndə heyətinə geniş məlumat verilmişdir.

İspaniya Krallığına səfər zamanı Barselona şəhərində “Aqualogiya” təlim və tədqiqat mərkəzini ziyarət edən azərbaycanlı qonaqlara burada keçirilən təlimlər və aparılan tədqiqat işləri barədə ətraflı məlumat verilmişdir. Mərkəzin kadr hazırlığı siyasəti ilə tanış olun mütəxəssislər daha sonra Barselona şəhərinin sutəmizləyici məntəqəsi və laboratoriyasına da baxış keçirmişlər.

Xatırladaq ki, “Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında 2014-cü il mayın 12-də Bakıda imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə”  kadr hazırlığı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Sazişə əsasən qarşıdakı beş ildə 38 peşə və ixtisas üzrə 4500 işçi təlimlərə cəlb olunacaq. Eyni zamanda, perspektivdə təlimlərin keyfiyyətlə təşkil edilməsi məqsədilə 250 təlimçi hazırlanacaqdır.    

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında