Binəqədi rayonunda 9 ayın yekunları müzakirə olunmuşdur

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən hesabat  iclasında geniş müzakirə edilmişdir.

Yığıncaqdan əvvəl ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulmuş və ulu öndərin xatirəsi ehtiramla yad edilmişdir. İclasda rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanın iqtisadi uğurlarından, respublikada həyata keçirilən qlobal layihələrdən, abadlıq və quruculuq işlərindən, habelə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.

X. İsgəndərov bildirmişdir ki, ulu öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində hesabat dövrü  ölkənin hərtərəfli inkişafı ilə yadda qalmışdır. Ötən doqquz ayda bir sıra müsbət göstəricilərin əldə olunmasına toxunan natiq dünyada təbii sərvətlərlə zənginliyi ilə seçilən müxtəlif regionlarda cərəyan edən hadisələrin, yaşanan problemlərin fonunda Azərbaycanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi cəhətdən inkişaf tempini qoruyub saxlamasını dövlət başçısının yürütdüyü praqmatik siyasətin məntiqi nəticəsi kimi səciyyələndirmişdir.

O, eyni zamanda,  rayonda həyata keçirilən yenidənqurma tədbirləri  barədə yığıncaq iştirakçılarına məlumat vermiş, əldə olunan uğurları diqqətə çatdırmışdır. Ölkə başçısı cənab İlham Əliyevin Binəqədiyə tez-tez baş çəkməsini əlamətdar hadisə kimi səciyyələndirən X. İsgəndərov bunu binəqədililərə yüksək diqqət və qayğının təzahürü kimi dəyərləndirmişdir.

X. İsgəndərov Prezident İlham Əliyevin sentyabrın 13-də  Binəqədi qəsəbəsində yerləşən 182 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak etdiyini vurğulamış və  son bir neçə ay ərzində ölkə rəhbərinin iki dəfə  rayonda olmasını diqqətə çatdırmışdır. Hesabat məruzəsində rayonun sənaye sahəsində bu ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövründən 27,9 faiz çox məhsul istehsal edilməsi, sənaye müəssisələrində isə işlə təmin olunanların ötən illə müqayisədə 17,7 faiz artması xatırladılmışdır. Hesabat məruzəsi ətrafında çıxış edən icra  hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirmişdir ki, ötən doqquz ayda rayon üzrə işçilərin orta sayı 45 min 551 nəfər olmuşdur ki, onlardan 17 min 356-sı dövlət, 28 min 185-i isə qeyri-dövlət sektorunda çalışmışdır.

 Bundan başqa, hesabat dövründə rayonda 4 min 359 yeni iş yeri açılmış, bunun da hamısı daimi iş yeri olmuşdur. V. İsmayılov  Binəqədi rayonu ərazisində son illərdə abadlıq-quruculuq işlərinin geniş vüsət almasını, “Təmiz Binəqədi” sosial layihəsinin uğurla reallaşmasını diqqətə çatdırmış,   bütün bunların isə rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmasını qeyd etmişdir. O, görülən işlər nəticəsində sakinlərin həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlərin həllini tapdığını vurğulamışdır.

Belə ki, mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Hesabat yığıncağı icra strukturları rəhbərlərinin çıxışı ilə davam etmişdir. Şuranın qərarı oxunduqdan sonra rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iclasa yekun vurmuşdur.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında