Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 15-də Çexiya parlamentinin Deputatlar Palatası sədrinin müavini Voytex Filipin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanın tarixən aqrar ölkə olduğunu, iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, aqrar sahədə çox böyük nailiyyətlərə imza atıldığını bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşün məqsədi Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının və perspektivlərinin müzakirəsi olub.

Nazir Heydər Əsədov ölkələrimizin parlamentləri arasında olan sıx əməkdaşlığı yüksək qiymətləndirərək digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də bu əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb. Heydər Əsədov yeni sistemlərin kənd təsərrüfatında tətbiq olunmasını və bununla əlaqədar hüquqi bazanın və bu məqsədlə işçi qrupunun yaradılmasını xüsusilə qeyd edib.

Ölkəmizdə qeyri-neft sektorunda kənd təsərrüfatının prioritet sahə olduğunu deyən nazir Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin yaradılmasında, pivə istehsalında, logistik bazaların və aqroparkların yaradılmasında, kadr hazırlığında birgə əməkdaşlığı məqsədəuyğun hesab edib və əməkdaşlığa dair bir sıra təkliflər irəli sürüb. Nazir Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nümayəndə heyətinin diqqətinə çatdırıb.

Voytex Filip Azərbaycan ilə Çexiya arasında digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin daha da genişlənməsinə önəm verdiyini bildirib.

Nümayəndə heyəti Çexiyanın kənd təsərrüfatı barədə ətraflı məlumat verərək Azərbaycanın aqrar sahəsinə, xüsusilə şərab və meyvə tərəvəz məhsullarının ölkəsinə ixrac edilməsinə maraq göstərdiklərini diqqətə çatdırıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında