Yoşka FİŞER: Azərbaycan ilə Nabukkoya dair danışıqlar düzgün istiqamətdədir

Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer hesab edir ki, Nabukko Avropa ölkələrinin Mərkəzi Asiyanın təbii qazının bazarına çıxışı üçün sonuncu şansıdır.
Y.Fişer "Handelsblatt" nəşrinə müsahibəsində bildirmişdir ki, Nabukko siyasi layihə deyildir. Lakin bu böyük enerji layihəsi təbii olaraq siyasi nəticələrə malikdir. Əgər Nabukko boru kəməri tikilməsə, Avropa Türkmənistandakı qazın nəhəng ehtiyatlarını itirəcəkdir. Belə olan halda Türkmənistan qazını Asiya ölkələrinə və ilk növbədə Çinə ötürəcəkdir.
Y.Fişer ötən ildən Nabukko boru kəmərinin tikintisi ilə məşğul olan konsorsiuma məsləhət xidmətlərini təqdim edir.
Y.Fişerin sözlərinə görə, Türkiyə üçün Nabukko layihəsi çox əhəmiyyətlidir. Türkiyə həqiqətən paylayıcı mərkəz olmaq istəyir, çünki o, geosiyasi nöqteyi-nəzərdən çox gözəl vəziyyətdədir.
Y.Fişer bildirmişdir: "Əsas sual ondan ibarətdir ki, bu layihəyə Azərbaycan qoşulacaqmı? Əgər bu baş versə, Azərbaycanın ardınca Türkmənistan da bu layihəyə qoşulacaqdır. Azərbaycan ilə Nabukkoya dair danışıqlar düzgün istiqamətdə gedir".
Türkmənistan qazının Xəzər dənizi ilə çatdırılmasına dair suala cavab verən Y.Fişer demişdir ki, Azərbaycanın ən şərq yatağı ilə Türkmənistanın ən qərb yatağını yalnız 70 kilometr məsafə ayırır. Bu məsafəni fəth etmək mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında