Azərbaycan və Özbəkistan gömrük komitələri ikitərəfli əməkdaşlıq planı imzaladılar

Özbəkistanlı həmkarlarımızın Azərbaycana səfərinin və bugünkü görüşümüzün əsas məqsədi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsidir. Biz danışıqlar aparacaq, təcrübə mübadiləsi edəcək, qonaqlara Azərbaycan gömrük xidmətində və informasiya texnologiyaları sahəsində tətbiq olunan proqramlar, metodlar barədə məlumat verəcəyik.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Zoxid Dusanovla görüşü zamanı bu və digər məsələlərdən danışdı.

AzərTAc xəbər verir ki, A.Əliyev bu görüşün gömrük sahəsində ölkələrimiz arasında mövcud vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edəcəyini vurğuladı. Komitə sədri Azərbaycan Gömrük Xidmətinin hazırkı vəziyyəti, son illər görülmüş işlər, xidmət şəraitinin yaxşılaşdırılması və bu sahədə qazanılan nailiyyətlərlə bağlı həmkarlarına ətraflı məlumat verdi, gömrük-keçid məntəqələrində yaradılan şəraitlə onları əyani tanış olmağa dəvət etdi.

Zoxid Dusanov da öz növbəsində Özbəkistan gömrük strukturlarının müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışaraq bildirdi ki, hazırda gömrük bəyannamələrinin 98 faizi elektron formada təqdim olunur. Avtomobil yüklərinin 93 faizi dünyanın tanınmış şirkətlərinin avadanlıqları ilə yoxlanılır.

Qonaq Azərbaycan və Özbəkistan arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırdı.

Sonda gömrük komitələri arasında iki sənəd - Azərbaycan və Özbəkistan dövlət gömrük xidmətləri arasında dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə protokol və 2015-2016-cı illər üzrə gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq planı imzalandı.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında