Beynəlxalq maliyyə institutları "NABUKKO" layihəsi üzrə kreditlərin ayrılması üçün hazırlıqlara başlamışlar

Sentyabrın 6-da "Nabukko" qaz kəməri layihəsinin səhmdarları ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EİB) və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) arasında zəmanət məktubu imzalanmışdır.
"NABUCCO Gas Pipeline International GmbH." şirkətinin yaydığı məlumata görə, sənədin imzalanması ilə "Nabukko" layihəsi üzrə 4 milyard avro dəyərində maliyyə paketinin hazırlanması üçün zəruri olan qiymətləndirmə müddəti başlamışdır.
Layihənin maliyyələşdirilməsinin potensial paketində EİB-in 2 milyard avro, EBRD-in 1,2 milyard avro və İFC-nin 800 milyon avro ayırması nəzərdə tutulur.
Şirkətin yaydığı məlumatda deyilir ki, üç maliyyə institutu tərəfindən kreditlərin ayrılması Avropanın və qlobal miqyasda layihənin dəstəklənməsində vacib mərhələnin başlanğıcıdır. Beynəlxalq maliyyə institutlarının cəlb olunması yüksək standartların tətbiqində, ekoloji və sosial risklərin qiymətləndirilməsində yardımçı olacaqdır. Layihənin qiymətləndirilməsinə maliyyə, sosial və ekoloji aspektlər daxildir.
Kreditlərin verilməsi ilə bağlı öhdəliklərin artıq 2011-ci ildən icra olunacağı gözlənilir. Dəyəri 7,9 milyard avro məbləğində qiymətləndirilən "Nabukko"nun inşasına 2011-ci ildə başlanılması planlaşdırılır. Kəmərin illik nəqletmə gücü 31 milyard kubmetr həcmində nəzərdə tutulmuşdur. Kəmər vasitəsilə ilk qazın 2014-cü ildə nəqli planlaşdırılır.
"Nabukko" Mərkəzi Asiya və Xəzəryanı regiondan təbii qazı Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisi ilə Avropaya çatdıracaqdır.
Kəmərin tikintisi iki mərhələdə həyata keçiriləcəkdir. İlk mərhələdə (2011-ci il) Türkiyə sərhədindən Avstriyanın Baumqarten şəhərinədək 2 min kilometr uzunluğunda kəmərin tikintisi nəzərdə tutulur. 2014-2015-ci illəri əhatə edəcək ikinci mərhələdə isə Türkiyə-Gürcüstan və Türkiyə-İraq sərhədində kəmərin qalan hissəsinin inşası həyata keçiriləcəkdir.
Ankaranın cənubundan başlayacaq kəmərin 2 min 730 kilometrlik birinci hissəsinin inşası Mərkəzi Anadolu və Mərmərə dənizlərindən keçməklə qərb istiqamətdə Bolqarıstan sərhədinədək aparılacaqdır. Bu marşrutun 75 faizi artıq mövcud boru kəmərlərindən ibarət olacaqdır.
Ümumiyyətlə, boru xəttinin uzunluğu 3 min 300 kilometr olacaqdır. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında