Elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısı alınır

Son illər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Eyni zamanda, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi ilə yanaşı, elektrik enerjisindən istifadə zamanı qaydaların pozulması halları ilə mübarizə tədbirləri də gücləndirilir.
Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən aylarında da bu istiqamətdə xeyli iş görülmüşdür. "Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatına görə, Şabran paylayıcı elektrik şəbəkəsinin xidməti ərazisində 2010-cu ilin iyul ayında keçirilmiş reydlər zamanı 36 istehlakçının sayğac uçot sistemində qayda pozuntusu aşkar edilərək müvafiq akt tərtib olunmuşdur. Aktlar üzrə pozuntunun xarakterinə uyğun hesabat aparılaraq 74,4 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 4,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Qeyd edilən miqdardan 18,1 min kilovat-saatdan çoxu və ya 1,1 min manata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Həmin məbləğin də müəyyən hissəsinin ödənişi iyul ayında təmin edilmişdir.
Qeyd edək ki, cari ilin ötən 7 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 188 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntular müvafiq qaydada aktlaşdırılmış və 543 min kilovat-saata yaxın (bundan 180,6 min kilovat saata yaxını və ya 10,8 min manatdan çoxu məişət abonenti istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin məbləğin 30 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Siyəzən paylayıcı elektrik şəbəkəsinin xidməti ərazisində isə iyul ayında keçirilmiş reydlər zamanı 47 istehlakçının sayğac uçot sistemində qüsur aşkar edilmişdir. Nəticədə 133 min kilovat -saata yaxın itirilmiş elektrik enerjisinin 8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Qeyd edilən miqdardan 128,6 min kilovat-saata yaxını və ya 7,7 min manatdan çoxu əhali istehlakçılar qrupuna aiddir. Hesabat ayında həmin məbləğin 10 faizə yaxınının ödənişi təmin edilmişdir.
2010-cu ilin 7 ayı ərzində isə burada 329 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntular müvafiq qaydada aktlaşdırılmış, nəticədə 884,2 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 53 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Qeyd edilən miqdardan 738,6 min kilovat-saata yaxını və ya 44,3 min manatdan çoxu məişət abonenti istehlakçılar qrupuna aiddir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin məbləğin 27 faizdən çox hissəsinin ödənişi təmin edilmişdir. Hazırda isə qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Elektrik enerjisindən istifadə zamanı yol verilən israfçılığın qarşısının alınması, həmçinin istehlak olunmuş enerjinin miqdarının azaldılması məqsədilə sayğac sisteminə edilən müdaxilə halları ilə mübarizənin gücləndirilməsi istiqamətində analoji tədbirlər ölkənin digər rayonlarında da həyata keçirilmişdir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, iyul ayında Ağcabədi və Beyləqan rayonlarında keçirilmiş reydlər zamanı 48 istehlakçının elektrik enerjisindən qaydaları pozmaqla istifadə halları aşkara çıxarılmışdır. Bütövlükdə isə adı çəkilən rayonlar üzrə ilin yeddi ayı ərzində 646 analoji fakt aşkar edilmiş, itirilmiş elektrik enerjisinin dəyəri bərpa olunmuş, həmin vəsaitin (Ağcabədi rayonu üzrə 267,3 min manat, Beyləqan rayonu üzrə isə 590,2 min manat) xeyli hissəsinin ödənişi təmin edilmişdir. Onu da deyək ki, hər iki rayon üzrə elektrik enerjisindən qanunsuz istifadə hallarının böyük əksəriyyəti əhali istehlakçılarının payına düşmüşdür.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında