Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclasının protokolu imzalanmışdır

Xəbər verdiyimiz kimi, Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclası keçirilmişdir.

Rəsmi açılışdan sonra ekspertlər tərəfindən energetika, nəqliyyat, iqtisadi-ticarət, qarşılıqlı sərmayə, elm və sənaye, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət və turizm, əmək və sosial müdafiə, ətraf mühit və şəhərsalma, meşə təsərrüfatı, təhsil, səhiyyə, gənclər və idman sahələrində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsinə dair müzakirələr aparılmış və protokol layihəsi hazırlanmışdır.

İclasın sonunda komissiyanın həmsədrləri - Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyə Baş nazirinin müavini Beşir Atalay komissiyanın 7-ci iclasının nəticələri, Azərbaycan-Türkiyə münasibətlərindəki nümunəvi qardaşlıq əlaqələrinin qorunmasının və inkişafının əhəmiyyəti barədə fikirlərini bölüşmüş, xalqlarımız və dövlətlərimiz üçün səmimi arzularını ifadə etmişlər.

İyunun 11-də komissiyanın həmsədrləri mətbuat nümayəndələrinin iştirakı ilə iclasın protokolunu imzalamışlar.

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında