Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmalarının 50 faizindən çoxunu qeyri-neft sektoru təmin etmişdir

2014-cü ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3,6 milyard manat təşkil etmişdir.

Trend-in nazirliyin saytında dərc olunmuş məlumata istinadən verdiyi xəbərə görə, bu məbləğin 32,9 faizi mənfəət vergisinin, 28,3 faizi əlavə dəyər vergisinin, 12,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 15,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2,51 milyard manat və ya daxilolmaların ümumi həcminin 47,8 faizi daxil olmuşdur.

Bu xətt üzrə daxilolmalar ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz artmışdır.

Nazirlik üçün 2014-cü il üzrə vergi ayırmaları üçün proqnoz 7,1 milyard manat həcmində müəyyən edilmişdir.

Yanvar-iyun aylarında respublika üzrə 42 min 681 vergi ödəyicisi qeydiyyata alınmışdır. 1 iyun 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 574 935 nəfər təşkil etmişdir.

2014-cü ilin yanvar-iyun ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,9 faiz olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında