Ucarda bir qrup sahibkara yeni texnika verilmişdir

 

 

Aprelin 16-da kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olmuşdur.

Respublikanın 25 rayonundan sahibkarların iştirak etdikləri tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilmişdir. Xüsusilə Almaniya istehsalı olan 50 ədəd “Klaas”, Belçika istehsalı olan 20 ədəd “New Holland” və Finlandiya istehsalı olan 87 ədəd “Sampo” taxılbiçən kombaynları və onların texniki göstəriciləri ötən il biçin kampaniyasında kombayn sarıdan çətinliklə üzləşən sahibkarlarda böyük maraq doğurmuşdur.

Nazir Heydər Əsədov təqdimat mərasimində çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət qayğısından, aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrinə həsr olunmuş iclasında dövlətimizin başçısının bu sahənin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələrdən danışmışdır.

Nazir gətirilən yeni texnikanın texniki göstəriciləri və istismar qaydaları barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək internetdə yerləşdirilməsi ilə bağlı konkret tapşırıqlar vermişdir.

Mərasimdə yerlərdə texnikaya olan tələbatın öyrənilməsinin zəruriliyi də vurğulanmışdır. Bildirilmişdir ki, ehtiyac olmayan texnikanın alınıb gətirilməsi yersiz vəsait xərcinə səbəb olardı.

Sahibkarlar hazırkı məqamda otbağlayan texnikaya, xüsusilə yüksək texniki göstəriciləri ilə fərqlənən “Klaas” markalı otbağlayanlara ehtiyacları olduqlarını bildirmişlər.

Bununla əlaqədar lazımı tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğu diqqətə çatdırılmışdır.

Sonda sahibkarlara 12 kombaynın açarları təqdim olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında