Sahibkarlara güzəştli kreditlər verilmişdir

 

İsmayıllı xəbərləri

 

Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunun Təzəkənd kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir keçirib. 80 nəfərə yaxın sahibkarın iştirak etdiyi tədbirdə İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb.

Prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzin, müasir quşçuluq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının və kiçik dulusçuluq müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin tamamilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov digər regionlar kimi İsmayıllıda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev İsmayıllı rayonunda güzəştli kreditlər hesabına həyata keçirilən layihələr, güzəştli kredit alınması üçün yaradılan elektron idarəetmə sistemi və onun üstünlükləri barədə ətraflı məlumat verib. Bildirilib ki, 2014-cü ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinə məxsus 365 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,3 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 54 sahibkara 535 min manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, üzümçülük, arıçılıq, taxılçılıq, bağçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 80-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Həmin gün İsmayıllıdakı Heydər Əliyev Mərkəzində gənc sahibkarlar üçün treninq keçirilib. 120 nəfər sahibkarın qatıldığı treninqdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsi müdirinin müavini Hüseyn Paşayev ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə danışıb. Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov güzəştli kreditlərin verilməsi mexanizmi, tələb olunan sənədlər, biznes planlarının hazırlanması və qiymətləndirilməsi barədə gənc sahibkarlara ətraflı məlumat verib.

Rayon fəallarının yığıncağı keçirilmişdir

Rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransın yekunları ilə əlaqədar rayon fəallarının yığıncağı keçirilib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkə iqtisadiyyatının dinamik inkişafında, uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət Proqramının mühüm rol oynadığını deyib. Bildirib ki, aparılan məqsədyönlü və kompleks tədbirlər sayəsində ölkəmizin regionları yeni inkişaf mərhələsinə qədəm qoyub.

Çıxış edənlər İsmayıllıda son dövrlər görülən işlərdən razılıqlarını bildirib, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransın önəmini qeyd ediblər.

İlqar HƏSƏNOV,

 “Xalq qəzeti”nin  bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında