TANAP tərəfdaşları layihəni öz kapitalları hesabına reallaşdırmaq niyyətindədir

 

Azərbaycan qazını Avropaya daşıyacaq Trans-Anadolu qaz boru kəməri layihəsinin (TANAP) tərəfdaşları banklara müraciət

etmədən layihəni öz kapitalları hesabına

reallaşdırmaq niyyətindədir.

“APA -Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə  “TANAP-ın Türkiyənin enerji mərkəzinə çevrilməsində rolu” adlı tədbirdə çıxış edən “SOCAR Türkiyə”nin icraçı direktorunun birinci müavini Samir Kərimli bildirmişdir.

O, demişdir ki, hazırda layihənin sərmayə dəyəri 10-12 milyard dollar həcmində qiymətləndirilir. Tərəfdaşların öz kapitallarından istifadə etmək qərarı layihənin reallaşma prosesini sürətləndirmək məqsədi daşıyır. Lakin layihə müəyyən mərhələyə qədər irəlilədikdən sonra bankların da cəlb edilməsi mümkün olacaq.

Qeyd edək ki, TANAP boru xəttinin Türkiyə hissəsi təxminən 1 830 km nəzərdə tutulmuşdur. Bundan başqa, kəmərin Eskişəhərə qədər diametrinin 56 düym, Avropa hissəsində isə 47 düym olması planlaşdırılmışdır.

 Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə çatdırılacaq.

 S. Kərimli əlavə etmişdir ki, ikinci mərhələdə Türkiyənin də alacağı qazın miqdarını artırmaq mümkün olacaq: “Bu, tarif razılaşmasından asılı olacaq”.

 Tədbirdə iştirak edən Türkiyə energetika nazirinin müavini Sefa Sadık Aytekin isə bildirmişdir ki, TANAP “Şahdəniz II” layihəsindən başqa, Azərbaycandakı digər qaz yataqlarından hasil olacaq qazı da nəql edə biləcək gücə malikdir.

 O, növbəti illərdə başqa mənbələrdən də bu kəmərlə qaz ötürülə biləcəyini demişdir. Əlavə sərmayə ilə bu xəttin gücü 60 milyard kubmetrə qədər artırıla bilər.

 bp-nin Türkiyə üzrə rəhbəri Bud Fackrell isə bildirmişdir ki, Avropanın 2035-ci ildə təbii qaz hasilatı 49 faiz azalacaq, qaz idxalından asılılığı artacaq.

 Xatırladaq ki, TANAP layihəsində SOCAR 68 faiz, BOTAS və TPAO 20 faiz, bp isə 12 faiz paya sahibdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında