Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclər bu il 60 faiz artacaq

Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri üzrə əsaslı xərclərə 75 milyon ABŞ dolları xərclənib. “APA-Economics”in xəbər verdiyi kimi, bu barədə layihənin operatoru olan bp şirkətinin hesabatında deyilir.

Qeyd edək ki, bu göstərici illik müqayisədə 17,2 faiz artıb. Bu il üçün əsaslı xərclər 58,7 faiz çox və ya 119 milyon dollar həcmində proqnozlaşdırılır.

Ötən il BTC vasitəsilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunub ki, bu da illik müqayisədə 0,6 faiz çoxdur. Bu neft Ceyhanda (Aralıq dənizi, Türkiyə) 329 tankerə yüklənərək yola salınıb. Qeyd edək ki, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, BTC ilə Türkmənistan tranzit nefti nəql edilir. Ötən ilin oktyabrından başlayaraq BTC vasitəsilə “Tengiz” neftinin (Qazaxıstan) nəqli bərpa olunub.

Qeyd edək ki, 2006-cı il iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2013-cü ilin sonunadək BTC kəməri vasitəsilə nəql edilmiş təxminən 245,4 milyon ton (təxminən 1,835 milyard barel) xam neft Ceyhanda 2 390 tankerə yüklənərək dünya bazarına çıxarılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında