“Ümid” yatağında daha bir quyu istismara verildi

 

 

Son zamanlar dövlət müstəqilliyi illərində qazandığı zəngin təcrübəyə və inkişaf etdirilmiş infrastruktura arxalanan Azərbaycan Respublikası Dövlət  Neft Şirkəti ‘’Ümid’’ yatağının işlənilməsini uğurla həyata keçirir. Şirkətin mütəxəssisləri tərəfindən müstəqillik dövründə kəşf olunmuş ilk yataq olan “Ümid”də daha bir uğurlu nəticəyə imza atılmışdır.

Dövlət Neft Şirkətinin socar. az saytının məlumatına görə, yanvarın 28-də “Ümid” yatağındakı 1 saylı platformadan 6309 metr dərinliyə qazılmış 12 saylı kəşfiyyat quyusu sutkalıq 800 min kubmetr qaz və 200 ton kondensat hasilatı ilə istismara verilmişdir. Hazırda hasil edilən məhsul sualtı boru kəmərləri vasitəsi ilə sahilə nəql olunur. Mürəkkəb geoloji kəsilişə, yüksək lay təzyiqlərinə malik strukturda yerləşməsinə baxmayaraq, quyunun işə salınması Azərbaycan mütəxəssislərinin peşəkarlığına daha bir sübutdur. Uzunmüddətli və təhlükəsiz istismar işlərinin aparılması məqsədilə quyu dünyanın “Schlumberger”, “Wheathford”, “Hlliburton” kimi aparıcı şirkətlərinin quyuağzı və quyuiçi avadanlıqları ilə təchiz edilmişdir. Qazanılmış bu nailiyyət ARDNŞ-in öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqləyir. Bu uğur Xəzərin Azərbaycan sektorunda neftlilik və qazlılıq perspektivlərinin böyük olduğunu göstərir. Bu həm də  gələcəkdə yeni yataqların açılması baxımından ciddi əhəmiyyətə malikdir.

Xatırladaq ki, “Ümid” yatağı Bakı şəhərindən cənuba doğru 60 kilometrlik məsafədə, açıq dənizdə, suyun dərinliyi 60 metr olan hissədə yerləşir. Hazırda istismarda olan 1 saylı platforma 2009-cu ildə ARDNŞ-in daxili imkanları hesabına tikilərək quraşdırılmışdır. Platformadan 10 saylı quyu 2012-ci ilin sentyabr ayında istismara verilmişdir. Gələcəkdə platformadan daha 3 istismar quyusunun qazılması nəzərdə tutulur.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında