“Qərbi Çıraq” platformasından neft hasilatına başlandı

 

 

 

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin  operatoru olan bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi çərçivəsində Qərbi Çıraq platformasından neft hasilatına başlandığı barədə rəsmi məlumat yaymışdır. Bununla da, 2010-cu ildə sanksiya verilmiş “Çıraq” neft layihəsi reallığa çevrilımişdir.

Xatırladaq ki, “Qərbi Çıraq”dan hasilat yanvarın 28-də öncəqazma quyularındanbiri olan J05 quyusundan başlayıb. Neft əvvəlcə platformada  quraşdırılmış texnoloji qurğulardan keçəcək, sonra isə yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30 düyməlik sualtı ixrac boru kəmərinə ötürüləcək və bu kəmərlə də Səngəçal terminalına nəql ediləcək. 2014-cü il ərzində digər öncəqazma quyuları  işə düşdükcə hasilat artacaq.

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə  üzrə regional prezidenti Qordon Birrell bu əlamətdar hadisə münasibətilə demişdir: “Qərbi Çıraq” bizim Xəzər dənizində təhlükəsiz və səmərəli şəkildə inşa və istismar etdiyimiz səkkizinci dünya səviyyəli dəniz platformasıdır. Bu vaxtadək “Azəri-Çıraq-Günəşli” yatağından 2,3 milyard barreldən artıq neft hasil edilib. Bu gün hasilata başlamış bu yeni platforma kimi yeni texnologiyalara və qurğulara gələcəkdə də davamlı  investisiyaların qoyulması ilə “Azəri-Çıraq-Günəşli” hələ uzun onilliklər boyunca dünya səviyyəli yataq kimi öz hasilatını davam etdirəcək. Yatağın operatoru olan bp şirkəti və bizim tərəfdaşlarımız hasilatın optimallaşdırılması və yatağın neftvermə əmsalının maksimuma çatdırılması istiqamətində bizi addım-addım irəliyə aparacaq səyləri davam etdirmək əzmindədirlər. İnanırıq ki, bu layihə “Azəri-Çıraq-Günəşli” yatağından hasilatın sabitləşdirilməsi və yeni “Qərbi Çıraq” platformasından daha çox quyular qazmaqla neftvermə əmsalının artırılması istiqamətində atılmış böyük bir addımdır. Fürsətdən istifadə edərək sualtı boru kəmərlərini, yeni platformanın dayaq blokunu və üst modullarını inşa etmiş və quraşdırmış, əksəriyyəti azərbaycanlı olan minlərlə insana ötən dörd il ərzində göstərdikləri fədakarlığa və mükəmməl nəticəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən həmçinin hökuməti, tərəfdaşlarımızı, əməkdaşlarımızı, podratçıları, təchizatçıları və bu möhtəşəm nailiyyətdə rolu olan bütün şəxsləri də təbrik edirəm. Mən həmçinin təhlükəsiz şəkildə ilk neftin hasil olunmasında “Azəri-                                                            Çıraq-Günəşli” üzrə layihə, qazma və əməliyyatlar qrupunun xüsusi əməyini vurğulamaq istəyirəm. Bu, Xəzər dənizində bizim planlaşdırma, tikinti və əməliyyatlar sahəsində sanballı təcrübəmizi davam etdirməyə qadir olduğumuzu bir daha göstərir”.

Məlumat üçün bildiririk ki, “Qərbi Çıraq” platforması dənizin 170 metr dərinliyində, mövcud “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında quraşdırılmışdır. Yeni platformanın layihə gücü gündəlik 183 min barrel neft təşkil edir. Platforma, həmçinin gündəlik 285 milyon kub fut qaz ixrac etmək gücündədir.

 

M. YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında