Bakıda Dünya Gömrük Təşkilatının Avropa regionu üzrə milli tədris mərkəzləri rəhbərlərinin birinci konfransı keçirilir

 

 

 

Yanvarın 22-də Bakıda Dünya Gömrük Təşkilatının Avropa regionu üzrə milli tədris mərkəzləri rəhbərlərinin birinci konfransı işə başlamışdır.

Konfransda Azərbaycan da daxil olmaqla 42 iştirakçı və 5 müşahidəçi ölkənin, bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Konfransın açılışında Dünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək ölkəmizdə gömrük xidmətinin inkişafından, beynəlxalq əməkdaşlığın genişləndirilməsindən, konfransın əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Dünya Gömrük Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi, Azərbaycan gömrüyünün modernləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması prioritet məsələlərdir. Azərbaycan Gömrük Xidmətinin təşəbbüsü ilə keçirilən və Dünya Gömrük Təşkilatı tərəfindən dəstəklənən bu konfrans qarşıda duran hədəflərə çatmağa yardım edəcəkdir. Dövlət tərəfindən gömrük sahəsinin inkişafına böyük dəstək verildiyini qeyd edən Aydın Əliyev vurğulamışdır ki, 2011-ci ildə Bakıda Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə regional ofisi açılmış, 2003-cü ildə isə Azərbaycan paytaxtında təşkilatın Regional Tədris Mərkəzi fəaliyyətə başlamışdır.

Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə direktoru Erik Kik, Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa regional ofisinin rəhbəri Vitali Mikeladze çıxış edərək gömrük sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyindən, konfransın əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, konfrans insan resurslarının inkişaf etdirilməsi baxımından qabaqcıl təcrübəni öyrənmək üçün təşkil olunmuşdur.

İlk sessiyada “Gömrük peşəkarlığı və bacarıqlar”, “Milli insan resurslarının inkişafı və tədris strategiyaları: işçi heyətinin təkmilləşdirilməsi, bacarıqlar və fəaliyyət”, “Milli təlim-tədris proqramları”, “Milli Tədris Mərkəzi təsis edilərkən infrastruktur və təşkilati çətinliklər” və digər mövzularda təqdimatlar olmuş, müzakirələr aparılmışdır.

Yanvarın 24-dək davam edəcək konfrans üç sessiyadan - “Aktual məsələlər və gömrük tədrisi üzrə fikir mübadiləsi”, “Gömrük tədrisində qabaqcıl yanaşmalar”, “Konfransın nəticələri və gələcəyə aparan yol, yekun sənədin hazırlanması” bölmələrindən ibarətdir. 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında