SOCAR-AQŞ ötən il bir sıra yeni uğurlara imza atmışdır

 

 

Azərbaycanın neft sənayesinin inkişafına mühüm töhfələr verən SOCAR-AQŞ birgə müəssisəsi əvvəlki  illərdə olduğu kimi, 2013-cü ildə də sifarişçi təşkilatlar tərəfindən qarşıya qoyulmuş bütün öhdəlikləri qəzasız, xətasız və səmərəli qazma əməliyyatları həyata keçirərək uğurla yerinə yetirmişdir. Belə ki, ötən il müəssisənin kollektivi 16900 metr  əvəzinə, 18002 metr qazma işi həyata keçirərək plana 106,5 faiz əməl etmişdir.  Hesabat dövründə nəzərdə tutulmuş 5 quyu əvəzinə  6 quyu tikinti ilə təhvil verilərək bu sahədə illik plan 120 faiz yerinə yetirilmişdir.

‘’Bahar Enerji’’ əməliyyat şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı ‘’Bahar’’ və ‘’Qum dəniz’’ yataqlarında qazma işlərini aparmaq üçün imzalanmış əməkdaşlıq müqaviləsi də 2013-cü ilin ən yaddaqalan uğurlarından olmuşdur. Xatırladaq ki, artıq bu yataqlarda 2 quyu qazılaraq sifarişçiyə təhvil verilmiş, 4 quyuda yeraltı təmir işləri həyata keçirilmişdir. Hazırda isə daha bir quyuda qazma əməliyyatları davam etdirilir.

2013-cü ilin oktyabrından  SOCAR-AQŞ Azərbaycanda “Günəşli” yatağının dayaz hissəsində  ilk dəfə olaraq 13 saylı platformadan 350 saylı horizontal istismar quyusunun qazılmasına başlamış və burada tikinti işlərini uğurla yekunlaşdırmışdır. Bu quyunun qazılması Azərbaycanın qazma sənayesi tarixində unikal hadisə kimi əlamətdar olmuşdur.  Belə ki, ilk dəfə olaraq məhz bu layihənin reallaşdırılması məqsədilə ‘’Uralmaş 6000 PEM’’ qazma qurğusunun portal tipli qülləsində ən müasir qazma avadanlığı olan yuxarı intiqallı qurğu— TopDrive quraşdırılmışdır. Horizontal quyunun milli qazma müəssisəsi tərəfindən qazılması isə, heç şübhəsiz, təqdirəlayiq haldır. Xatırladaq ki, layihə dərinliyi 3450 metr olan 350 saylı quyu  ‘’Fasilə’’ Lay Dəstəsinə maksimum 84 dərəcə bucaq altında qazılmışdır.

Müəssisə ötən il sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi  sahəsində də yüksək  uğurlara imza atmışdır. Belə ki, əməliyyatlar zamanı insan sağlamlığına, ətraf mühit və avadanlıqlara heç bir ziyan dəyməmiş, 3565 ton həcmində polimer-kimyəvi və neft əsaslı qazma şlamı və 1416 kubmetr həcmində müxtəlif məişət tullantıları toplanılaraq çeşidlənmiş və ulitizasiya edilmişdir. Bununla yanaşı, əməkdaşların peşə biliklərinin və bacarıqlarının artırılması məqsədilə yerli və xarici mütəxəssislər tərəfindən 33222 adam-saat təlim keçirilmişdir.

Bundan əlavə, 2013-cü ildə SOCAR-

AQŞ Azərbaycanın kollec, peşə məktəbləri və ali təhsil müəssisələrinin tələbələri üçün ‘’Yay istehsalat təcrübə’’ proqramını elan etmişdir. Proqramın tətbiqində əsas məqsəd neft və qaz sektorunda karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak etmək və təcrübə qazanmaq imkanı yaratmaqdan ibarət olmuşdur. 15 tələbə 2 aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanaraq müəssisə tərəfindən sertifikatla təltif olunmuşdur. Bununla yanaşı, proqramın icrasında daha çox fəallıq nümayiş etdirən tələbələr müəssisənin işçi heyəti sıralarına qəbul edilmişdir.

M. YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında