Dünya Bankı Azərbaycan iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırmışdır

 

 

 

Dünya Bankı (DB) 2014-cü ildə Azərbaycanda ÜDM-in artım proqnozuna yenidən baxmışdır. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü dərc olunmuş “Qlobal iqtisadi perspektivlər” (“Global Economic Prospects”) adlı məruzəsində deyilir.

Məruzədə qeyd olunur ki, bank il ərzində ölkədə ÜDM-in 5,3 faiz artacağını ehtimal edir. 2013-cü ilin iyununda dərc olunmuş proqnozda bank milli iqtisadiyyatın artım sürətinin 4,8 faiz səviyyəsində olacağını gözləyirdi. 2015-ci il üzrə ÜDM-in artım proqnozu dəyişməz qalmış və 4,5 faiz səviyyəsində müəyyən edilmişdir.

İlkin proqnoza görə, 2016-cı ildə ölkədə iqtisadi artım 3,9 faiz təşkil edəcək.

Dünya Bankı bildirir ki, 2014-cü ildə cari əməliyyat hesabları profisitinin ÜDM-ə nisbəti 15,9 faiz, 2015-ci ildə 14,3 faiz, 2016-cı ildə isə 12,5 faiz səviyyəsində gözlənilir. Bankın ilkin qiymətləndirmələrinə görə, 2013-cü ildə bu göstərici 17,7 faiz təşkil etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında