Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda yazı müsabiqəsinin nəticələri açıqlanmışdır

 

 

 

 

Mayın 14-də Beynəlxalq Mətbuat Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Xalq qəzeti” və “Kaspi” qəzetlərinin Qafqaz regionunda əczaçılıq sahəsində ən böyük şirkət olan “Avromed”in dəstəyi ilə “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı”  mövzusunda keçirdikləri  yazı müsabiqəsinin yekunlarına həsr edilmiş konfrans olmuşdur.

Konfransda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov  çıxış edərək ölkəmizdə sahibkarlığın təşəkkül tapmasının və inkişafının ulu  öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. Bu sahədə 1993-cü ildə “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)” Dövlət Proqramının təsdiq olunduğunu deyən Ə.Amaşov  qeyd etmişdir ki,  sahibkarlıq sektorunda həyata keçirilən islahatlar ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların sayını artırmış, onların xarici iqtisadi fəaliyyəti genişlənmiş və bu sahədə uğurların əldə olunmasına şərait yaranmışdır.

“Azərbaycan Respublikasında sahibkarlığın inkişafı” müsabiqəsinin nəticələri barədə məlumat verən Ə.Amaşov demişdir ki, müsabiqəyə  təqdim olunan 70-dən çox yazı yüksək səviyyədə hazırlanmışdır.  Qaliblər 3 kateqoriya ilə müəyyən edilmiєdir. Birinci yer üçün 1500 manat, ikinci yer üçün 1000 manat (iki mükafat), üçüncü yer üçün 700 manat (3 mükafat) ayrılmışdır. Bundan əlavə,  9 həvəsləndirici mükafat (250 manat) nəzərdə tutulmuşdur.

“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qeyd etmişdir ki, ölkədə azad sahibkarlığın inkişafı ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Təsadüfi deyildir  ki, ulu öndərimiz ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmiş, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Məhz ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə sahibkarlığın inkişafına zəmin yaradan qanunvericilik bazasının formalaşması, maliyyə dəstəyinin göstərilməsi, bürokratik maneələrin aradan qaldırılması və s. sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilmişdir.

 Hazırda azad sahibkarlığın inkişafı  siyasətinin ulu öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən S.Vəliyeva bu istiqamətdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulamışdır.

Müsabiqənin əhəmiyyətindən  danışan S.Vəliyeva bildirmişdir ki,  Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı tədqiqatlar aparılmış və müsbət nəticələr əldə olunmuşdur.

“Avromed” şirkətinin rəhbəri Cavanşir Feyziyev ulu öndər Heydər Əliyevin Azərbaycanda sahibkarlığın inkişafında əvəzsiz xidmətlərindən bəhs etmişdir.

Sonda qaliblər mükafatlandırılmışlar.

AzərTAc

(Foto

Rafiq SALMANOVUNDUR)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında