BƏƏ-də nəşr olunan “Gulf News” qəzetində Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda keçirilən Dünya İqtisadi Forumu ilə bağlı məqalə dərc edilmişdir

 

 

Aprelin 8-də Bakıda keçirilən “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Azərbaycan diasporunun rəhbəri Samir İmanov yerli KIV üçün mətbuat konfransı keçirmişdir.

Konfransda iştirak edən “Gulf News” qəzetinin müxbiri qəzetin 8 aprel tarixli nömrəsində “Azərbaycan investorları cəlb etməkdə maraqlıdır” sərlövhəli məqalə ilə çıxış etmişdir.

AzərTAc oxucuları məqalənin məzmunu ilə tanış edir:

“Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporunun rəhbəri yaşadığı ölkənin iş adamlarını və fiziki şəxsləri son on il ərzində Cənubi Qafqazda və Mərkəzi Asiya regionunda əhəmiyyətli iqtisadi artımın qeydə alınmasına diqqət yetirməyə çağırmışdır.

Aprelin 7-8-də Bakıda keçirilən “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) haqqında danışan BƏƏ-dəki Azərbaycan diasporunun rəhbəri Samir İmanov demişdir ki, Azərbaycanın iqtisadiyyatı son on il ərzində Prezident İlham Əliyevin apardığı müdrik siyasəti nəticəsində cütrəqəmli məzənnə sürəti ilə inkişaf etmişdir. Belə ki, regionun bəzi ölkələri ilə yanaşı, Qazaxıstan da bu müddət ərzində biznes sahəsində müəyyən uğurlu addımlar atmışdır.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, 2013-cü ildə regionun bir çox ölkələrində 5-7 faiz artımın olacağı gözlənilir, region ölkələrinin potensialı sürətlə artır, Azərbaycanın regionda Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşdiyini nəzərə alsaq bütövlükdə öz təbii resurslarına və strateji yerinə görə regionun bu gün kifayət qədər istifadə olunmamış potensialı mövcuddur.

Bakı Forumu müəyyən qiymətləndirmə və gələcək üçün bəzi perspektivli fikirləri irəliyə aparacaq, regionda cari və potensial maraqlı tərəflər üçün vaxtında və görünməmiş imkan kimi xidmət edəcəkdir. S.İmanov qeyd etmişdir ki, Azərbaycanın təbii resursları, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, dağ-mədən, maliyyə və telekommunikasiya kimi sənaye sektorları BƏƏ-nin və dünyanın digər ölkələrinin investorları üçün böyük imkanlar təklif edir. 

O, bildirmişdir ki, Azərbaycanda bazar imkanları haqqında xarici investorlar tərəfindən tədqiqatlar aparmaq Bakı Forumu başa çatdıqdan dərhal sonra mümkün olacaqdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında