Azərbaycanın iri neft layihəsi çərçivəsində karbohidrogen ehtiyatları xeyli artmışdır

 

 

Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlar blokundan çıxarılan neft ehtiyatlarının həcmi 76 faiz artmışdır.

“İlkin həcmlər 511 milyon ton olduğu halda, kəşfiyyat işləri nəticəsində çıxarılan ehtiyatlar 900 milyon tonu ötmüşdür”, - Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə axşamı Bakıda keçirilən bp şirkətinin texnologiyaları üzrə forumda çıxış edərkən demişdir.

Mənfəət neftinin payına 151 milyon ton düşür: “1997-ci ildə neft hasilatı xeyli azalmışdı, hazırda AÇG sayəsində bu göstərici 50 milyon tonadək artıb. Qaz hasilatının həcmi 5 milyard kubmetrdən 28 milyard kubmetrədək çoxalıb”.

X.Yusifzadənin sözlərinə görə, son illər ərzində yataqlar blokunda azalma baş vermiş, lakin əsas odur ki, hazırda vəziyyət sabitləşmişdir: “Son ayların tədqiqatları göstərir ki, bp şirkəti neft hasilatının həcmini sabitləşdirib və sabit işləyir. Lakin bəzi məqamlar var, məsələn, su ilə təmin olunma, qazma işlərində çətinlik və su və qazın vurulmasında da problemlər mövcuddur. Bu prosesə nəzarət etmək lazımdır. Məsələn, 30 milyon kubmetri laya doldururuq, lakin bu, heç də səmərəli deyil. “Günəşli” yatağında laya lazım olduğundan çox su vururuq. Hasilatda bu problemlər olur. Onları müəyyənləşdirmək və aradan qaldırmaq əsas məsələdir və bp bu problemləri aradan qaldırmağa başlayıb”.

“bp Azerbaijan” şirkətinin rəhbəri Qordon Birrel demişdir: “Biz AÇG və ”Şahdəniz” yataqlarında neft-qaz hasilatı məsələlərini müzakirə etmək üçün dünya səviyyəli ekspertləri Bakıya gətirmişik. Qeyd etmək lazımdır ki, bp Azərbaycanda texnologiyalara investisiya yatırmaq üzrə böyük təcrübəyə malikdir”.

Onun sözlərinə görə, əgər şirkət bu yüksək texnologiyaları tətbiq etməsəydi, belə böyük həcmlərə çatmaq mümkün olmazdı: “Hasilatda qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün maraqlı tərəflərlə maksimum səmərəli işləməliyik. Onlar arasında ARDNŞ-dən başqa, digər orqanlar, o cümlədən Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Miqrasiya Xidməti var”.

Qeyd edək ki, AÇG blokunun neft ehtiyatları 1,2 milyard ton qiymətləndirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında