“AtaBank” ASC tərəfindən “Nağdsız ödə, nağd qazan” kampaniyasına start verilmişdir

 

 

Ölkə Prezidentinin nağdsız ödənişlərin stimullaşdırılması və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanının icrası ilə əlaqədar respublikada zəruri işlər həyata keçirilir. Belə ki, görülən işlərin məntiqi nəticəsi olaraq POS-terminalla təchiz edilmiş ticarət və iaşə obyektlərinin sayı durmadan artırılır. “AtaBank” ASC tərəfindən POS-terminallar tam olaraq pulsuz quraşdırılır və xidmətə görə əlavə komissiya tələb olunmur. “AtaBank” ASC nağdsız ödənişlər bazarının həcminin artmasını və gələcəyini nəzərə alaraq, bu sahədə fəaliyyətini daha da sürətləndirməyə qərar vermişdir.

Məhz elə bunun məntiqi nəticəsidir ki, ardıcıl iki ildir ki, “AtaBank” ASC tərəfindən bu sahəni inkişaf etdirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu il isə “AtaBank”  ASC tərəfindən “Nağdsız ödə, nağd qazan ”  ani stimullaşdırıcı lotereya kampaniyasının 2-ci mərhələsinə start verilməsi ilə bağlı martın 1- də “Excelsior Hotel Baku” otelinin mətbuat zalında konfrans keçirilmişdir. Konfransda “AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini  Etibar Babaşlı, Dəyanət Quliyev və  “AtaHolding” ASC-nin  İdarə Heyətinin sədr müavini  Rəşad Əliyev iştirak etmişdirlər.

 

Tədbiri giriş sözü ilə açan “AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Babaşlı iştirakçıları salamladı. O, bankın həyata keçirdiyi yeni kampaniya ilə bağlı məlumat verdi. Natiq qeyd etdi ki, “Nağdsız ödə, nağd qazan”  ani stimullaşdırıcı lotereya kampaniyasının ikinci mərhələsi 1 mart 2013-cü il tarixindən  31 dekabr 2013-cü ilədək davam edəcəkdir. Kampaniyada “AtaBank” ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən  bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.

Sədr müavini bildirdi ki, kampaniyanın birinci hissəsi  2012-ci ilin əvvəlindən başlamışdır. Ötən il ərzində bank tərəfindən kampaniyada iştirak edən 700 nəfər iştirakçıya pul mükafatı verilmişdir. Qeyd etmişdir ki, indiyədək ölkəmizdə 9300 ədəd POS-terminal quraşdırılmışdır ki, bu POS-terminlallardan  2300-ü bölgələrdə 7000-i isə Bakıda yerləşir.

Qeyd olunmuşdur ki, ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan  kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Kuponların əldə edilməsi üçün ödəniş  kart istifadəçisi təqvim ayı ərzində  “AtaBank” ASC-nin  POS-terminallar şəbəkəsində, nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq  bankın istənilən  filial və ya şöbəsinə müraciət edə bilərlər. İstifadəçi təqdim edəcəyi hər 20 manat məbləğində dəyəri olan çek üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir.

Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır. Kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində  tədbirləri sürətləndirməkdir. Hazırda “AtaBank” ASC-nin POS-terminallarının sayı 10000-ə yaxındır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qalibləri haqqında ətraflı məlumat isə mütəmadi olaraq www.atabank.com  internet səhifəsində yayımlanacaqdır.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında