Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində yeni qəbul olunmuş gömrük qaydaları ilə bağlı görüş keçirilmişdir

 

Yanvarın 31-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində yeni qəbul olunmuş gömrük qaydaları ilə bağlı görüş keçirilmişdir.

Özəl sektorun nümayəndələri üçün nəzərdə tutulmuş görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Şahin Bağırov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı  siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Beynəlxalq Maliyyə Korporasiyasının yerli nümayəndəsi və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbirdə giriş sözü ilə çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov bildirmişdir ki, görüşdə məqsəd yeni Gömrük Məcəlləsində gömrük nəzarəti sahəsinə dair müddəalarla bağlı iş adamlarına ətraflı məlumat vermək, onları dərindən bilgiləndirməkdir. Baş İdarənin rəisi tədbir iştirakçılarını onları maraqlandıran məsələlər barədə fikirlərini bildirməyə, mövzu ətrafında müzakirələrdə fəallıq göstərməyə çağırmışdır. Ş.Bağırov yeni Gömrük Məcəlləsinin aidiyyəti fəsilləri barədə tədbir iştirakçılarına ümumi məlumat vermişdir. Daha sonra Baş İdarə rəisi görüşdə Nazirlər Kabinetinin 16 yanvar 2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Gömrük nəzarətinin həyata keçirilməsi qaydaları”nın tələb və normalarına dair geniş çıxış etmişdir. O, bildirmişdir ki, yeni Gömrük Məcəlləsi ilə əlaqədar olaraq bir sıra normativ-hüquqi aktlar hazırlanmışdır ki, onlardan biri də “Gömrük nəzarətinin həyata keçirilməsi qaydaları”dır. Bu sənəd Gömrük Məcəlləsinin 92.6.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır, mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir. Qaydalar gömrük sərhəd buraxılış məntəqələrində və gömrük rəsmiləşdirilməsi yerlərində istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə münasibətdə gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.   Ş.Bağırov tədbir iştirakçılarına sözügedən Qaydalarda nəzərdə tutulan - gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərin siyahısı, gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərin və məlumatların təqdim edilməsi, gömrük sərhəd-buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində aparılan gömrük nəzarəti, gömrük sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində aparılan gömrük nəzarətinin mərhələləri barədə ətraflı məlumat vermişdir.

Daha sonra görüş iştirakçılarının mövzu ətrafında sualları cavablandırılmış, müzakirələr aparılmışdır.

DGK Mətbuat Xidməti 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında