2012-ci ildə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi siyasəti uğurla gercəkləşdirilmişdir

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirmişlər ki, 2012-ci il üçün pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılmışdır.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirmişlər ki, 2012-ci il üçün pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılmışdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat vermişdir. S. Müslümov bildirmişdir ki, dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün fondun mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabrın 28-də başa çatdırılmışdır: “Artıq bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını ala bilərlər. İl ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi vaxtında həyata keçirilmiş, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunmuşdur”.

DSMF sədri il ərzində görülən işlər barədə də məlumat vermişdir. S. Müslümov vurğulamışdır ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, davamlı pensiya islahatları siyasəti uğurla gerçəkləşdirilmişdir. Cari ilin arxada qalan dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən gəlirlərin icrası, maliyyə dayanıqlığının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət etmişdir. O, həmçinin il ərzində Azərbaycan Respublikası Prezidentinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 2 sərəncamının uğurla icra olunmasından da söz açmışdır: “Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunmuş və əvvəlki illərdən fərqli olaraq bu artım daha böyük kontingenti əhatə etmişdir. Belə ki, 2011-ci ildə həyata keçirilmiş islahat nəticəsində əvvəllər yalnız pensiyaların baza hissəsini alan və buna görə də indeksləşmədən kənarda qalan 482 min nəfərin də pensiyasının islahatdan sonra yaranmış sığorta hissəsi indeksləşdirilmişdir. Nəticədə, pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi artırılmışdır”.

S. Müslümov diqqətə çatdırmışdır ki, görülən bütün bu  tədbirlər nəticəsində 2012-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil etmişdir. “Ümumilikdə son illər həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır”.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında