Bakıda "Dövlət sektorunda uçot siyasəti" mövzusunda beynəlxalq seminar işə başlamışdır

Noyabrın 6-da Bakıda Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankının təşkilatçılığı ilə "Pem PAL" proqramı çərçivəsində "Dövlət sektorunda uçot siyasəti" mövzusunda beynəlxalq seminar işə başlamışdır. 
AzərTAc xəbər verir ki, tədbirdə proqramın xəzinədarlıq cəmiyyətinin 20-dən çox üzvü olan ölkələrdən gəlmiş nümayəndələri və beynəlxalq ekspertlər iştirak edirlər.
Seminarın açılışında maliyyə nazirinin müavini Azər Bayramov Azərbaycan iqtisadiyyatının inkişafından, ölkədə aparılan maliyyə islahatlarından, büdcə siyasətindən danışmışdır.
Maliyyə sahəsində mühüm islahatların aparıldığını deyən nazir müavini xəzinədarlığın avtomatlaşdırılması sahəsində əməli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
A.Bayramov vurğulamışdır ki, hər il inflyasiya ümumi daxili məhsulun (ÜDM) artım tempindən daha aşağı olur. Bu da iqtisadiyyatın sağlamlığından xəbər verir. Xarici borcun ÜDM-ə nisbətinin on faizdən aşağı səviyyədə saxlanması Azərbaycan hökumətinin diqqət mərkəzindədir.
Nazir müavini diqqətə çatdırmışdır ki, hazırda əsas məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsini təmin etməkdir. Bu siyasət artıq nəticəsini vermişdir. Çünki son illərdə qeyri-neft sektorunda sürətli artım müşahidə olunur və bu sahənin xüsusi çəkisi artır.
Qeyd edilmişdir ki, son illərdə dövlət büdcəsində də artım olmuş və hazırda qarşıya büdcənin keyfiyyət baxımından yaxşılaşdırılması məqsədi qoyulmuşdur.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdir ki, maliyyə bölməsində maliyyə uçotunun dünya standartlarına cavab verməsi, maliyyə resurslarının düzgün yönləndirilməsi hər bir ölkənin prioritet məsələlərindəndir.
Z.Səmədzadə vurğulamışdır ki, Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir. Büdcə parametrlərinin ÜDM-in 32-34 faizi səviyyəsində olması müsbət göstəricidir. MDB ölkələri arasında büdcə xərclərinin artımının ən yüksək tempi Azərbaycandadır. Ölkədə adambaşına düşən ÜDM-in kifayət qədər yüksək səviyyədə, yəni 9 min dollara yaxın olmasına baxmayaraq, inkişaf etməsi tələb olunan sahələr vardır. Xərclərin belə tempi həmin sahələrdə geriqalmaları aradan qaldırmağa imkan verir.
Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin müdiri Şahin Sadıqov dövlət maliyyə sektorunda uçot siyasəti sahəsində aparılan islahatlardan, ölkəmizdə mühasibat uçotu sisteminin müasirləşdirilməsindən danışmış, qarşıda duran məsələlərə toxunmuşdur.
Vurğulanmışdır ki, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində son bir neçə ildə köklü islahatlar aparılmış, həmçinin xəzinədarlığın avtomatlaşdırılması sahəsində əhəmiyyətli tərəqqi əldə edilmişdir.
Daha sonra "Pem PAL" proqramının xəzinədarlıq cəmiyyətinin sədri Anjela Varonin, proqramın rəhbəri Yelena Nikulina çıxış edərək beynəlxalq seminarın Bakıda keçirilməsinin əhəmiyyətindən danışmış, proqram, o cümlədən xəzinədarlıq cəmiyyəti haqqında məlumat vermişlər.
Tədbirdə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində tətbiq olunan və dünyanın ən qabaqcıl standartlarına cavab verən Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sisteminin dövlət maliyyəsinin idarəedilməsi üzrə funksional üstünlükləri, bu sistemin elektron hökumət çərçivəsində fəaliyyətinin imkanları və informasiya təhlükəsizliyi, milli mühasibat standartlarının tərtibi, tətbiqi, hesabatların konsolidasiya metodlarının avtomatlaşdırılması və digər məsələlər müzakirə edilmişdir.
Bundan başqa, Dövlət Xəzinədarlığında informasiya texnologiyası və dövlət maliyyə sektorunda uçot siyasəti sahəsində aparılan islahatlarla bağlı təqdimatlar keçirilmiş, son illərdə ölkəmizdə mühasibat uçotu və xəzinə informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işlərlə bağlı geniş məlumatlar verilmişdir.
Beynəlxalq seminar noyabrın 8-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında