Yaponiyada keçirilən "SİBOS-2012" Beynəlxalq bankçılıq sərgisində Azərbaycanı "PAŞA Bank" ASC təmsil edir

Oktyabrın 29-da Yaponiyanın Osaka şəhərində "SİBOS-2012" Beynəlxalq bankçılıq sərgisi açılmışdır. Dünyanın aparıcı kredit və maliyyə institutlarının nümayəndələrini bir araya gətirən bu böyük beynəlxalq maliyyə forumunda Azərbaycanı "PAŞA Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) təmsil edir.
Tədbirdə aparıcı bankların, maliyyə təşkilatları və korporasiyaların nümayəndələri, eləcə də məsləhətçilər, avadanlıq və proqram təminatının layihələndiriciləri və təchizatçıları iştirak edirlər.
SİBOS sərgisində təşkil edilən sessiyalar zamanı əsas diqqət beynəlxalq maliyyə sənayesinin inkişafında aktual məsələlərin müzakirəsinə yönəldilir. Eyni zamanda, dünya bankları və korporasiyaları arasında qarşılıqlı əlaqə, yeni maliyyə xidmətlərinin tətbiqi və kapital bazarlarının inkişafı, risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi və bir sıra başqa məsələlər önə çəkilir.
Sərgidə "PAŞA Bank" ASC-nin idarə heyətinin sədri Fərid Axundovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.
Oktyabrın 30-da "PAŞA Bank" ASC tərəfindən sərgi iştirakçılarına rəsmi ziyafət verilmişdir. Ziyafətdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak etmişdir.
Bankın idarə heyətinin sədri Fərid Axundov AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə bildirmişdir ki, beynəlxalq maliyyə aləmində böyük nüfuza malik olan SİBOS sərgisində artıq üçüncü ildir ki, iştirak edirik. Yeni regionlarda yeni tərəf-müqabillərlə əlaqələr yaratmaq, mövcud tərəfdaşlarla əməkdaşlığı daha da gücləndirmək, maliyyə sistemində yeni trend və texnologiyalarla yaxından tanış olmaq, onların tətbiq üsulları haqqında məlumat əldə etmək baxımından bu sərgi böyük əhəmiyyət daşıyır. Xidmətin daha da təkmilləşdirilməsi, eyni zamanda, xərclərin azaldılması, risklərin idarə edilməsi haqqında nou-hau ilə tanış olmaq üçün SİBOS ən yaxşı görüş yeridir. Belə tədbirlərdə iştirak etmək qısa vaxt ərzində təcrübə və ekspert bilgisi ilə tanış olmaq üçün nadir bir imkandır.
2012-ci ilin Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyini xatırladan Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə isə demişdir ki, məhz bu il ölkəmizin aparıcı banklarından biri olan "PAŞA Bank"ın sərgidə iştirakı təqdirəlayiq haldır. Mən özüm də bir çox yapon şirkətlərinin Azərbaycan stendinə yaxınlaşaraq əməkdaşlıq etmək arzularını ifadə etmələrinin şahidi oldum. Azərbaycanı Yaponiyada tanıtmaq istiqamətində "PAŞA Bank"ın səyləri böyük əhəmiyyət kəsb edir.
Tədbir noyabrın 1-dək davam edəcəkdir.

{nl}

Vüqar AĞAYEV, AzərTAc-ın xüsusi müxbiri
Tokio


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında