Fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın ilk iclası

Azərbaycan Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın ilk iclası keçirilmişdir. 
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, iclasda nazir Samir Şərifov çıxış edərək fərmanın icrasını təmin etmək məqsədi ilə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icrasını təmin etmək üçün bütün işlərin vaxtında və keyfiyyətlə həyata keçiriləcəyini, fərmanda qeyd olunduğu kimi, 2012-ci il iyunun 1-dən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılacağını, bununla bağlı əhali arasında geniş maarifləndirmə işlərinin aparılacağını qeyd etmiş və müvafiq tapşırıqlar vermişdir.
İclasda Maliyyə, Ədliyyə, Daxili İşlər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan nümayəndələri də iştirak etmişlər.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında