Bu il aprelin 19-da "Moody's" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini investisiya səviyyəsinə yüksəltmişdir. Adıçəkilən agentliyin mətbuat üçün açıqlamasında deyilir ki, Azərbaycanın reytinqinin investisiya səviyyəsinə qaldırılması юlkənin son illərdə neftdən daxil olan gəlirlər hesabına maliyyə gücünün əhəmiyyətli dərəcədə artmasını və respublikada qeyri-neft sektorunda gedən sürətli inkişafını əks etdirir.
Agentlik Azərbaycanda artıq güclü və çoxsahəli iqtisadiyyatın yaranmasını və юlkənin istənilən iqtisadi, habelə geosiyasi risklərə dayanıqlılığını da xüsusi qeyd etmişdir. Beləliklə, dünyanın bütün nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycan Respublikasının kredit reytinqi investisiya səviyyəsinədək qaldırılmışdır. Belə ki, "Fitch" Beynəlxalq Reytinq Agentliyi 2010-cu ilin mayında, "Standard & Poor's" Beynəlxalq Reytinq Agentliyi 2011-ci ilin dekabrında və nəhayət, "Moody's" Beynəlxalq Reytinq Agentliyi isə cari il aprelin 19-da Azərbaycan Respublikasının reytinqini investisiya səviyyəsinə yüksəltmişdir.
Dünya iqtisadiyyatında suveren borc bюhranının davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının kredit reytinqinin yüksəldilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və iqtisadiyyatın bütün sahələrini əhatə edən ardıcıl və çoxsahəli islahatların beynəlxalq miqyasda qiymətləndirilməsinin təzahürüdür.
Bu, dünyada, xüsusilə Avropa юlkələrində reytinq gюstəricilərinin aşağı düşdüyü bir məqamda юlkəmizdə əks proseslərdən, başqa sюzlə, sosial-iqtisadi inkişafın dinamik xarakter almasından xəbər verir. Məsələn, xatırladaq ki, "Standard and Poor's"un son qiymətləndirməsində Fransa, İtaliya, İspaniya və Avstriya da daxil olmaqla 17 avrozona юlkəsindən 9-nun kredit reytinqi aşağı salınmışdır. Eyni zamanda, Fransa kimi bir юlkənin reytinqi də ən ali pillə olan "AAA" pilləsindən "AA+" pilləsinə endirilmişdir. İtaliyanın borc reytinqi "A" pilləsindən "BBB+" pilləsinə, İspaniyanın reytinqi isə "AA" pilləsindən "A" pilləsinə düşmüşdür.
Avropanın iqtisadi gюstəricilərinin getdikcə aşağı düşməsi fonunda "Standard and Poor's" Azərbaycanın kredit reytinqlərinin müsbət olduğunu diqqətə çatdırmışdır. Adıçəkilən agentlik sonuncu qiymətləndirmədə Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsindən müsbət proqnozlu "BBB-/A-3" səviyyəsinə qaldırmışdır. Bu isə Azərbaycanın Rusiyanın sabit proqnozlu "BBB" reytinqinə tam yaxınlaşması deməkdir.
Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dюvlət başçısı giriş nitqində bu barədə ətraflı danışmışdır. Юlkə Prezidenti demişdir: "Biz iqtisadi islahatları davam etdiririk. Bu islahatların davam etdirilməsi prosesi hələ getməlidir. Çünki xüsusilə sistem xarakterli islahatlara bюyük ehtiyac vardır. Azərbaycan beynəlxalq iqtisadi inkişafla bağlı reytinqlərdə həmişə yüksək yerlər tutur. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə gюrə Azərbaycanı MDB məkanında birinci yerə layiq gюrür. "Standard and Poor" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa юlkələrinin kredit reytinqləri aşağı salınıb...".
Bəs юlkəmizin sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların səbəbi nədir? Bu sualın cavabı ilə bağlı Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı danışılmışdır. Həmin iclasda gюstərilmişdir ki, юtən il və bu ilin birinci rübündə qlobal bюhranın mənfi təsirindən səmərəli şəkildə sığortalanaraq sosial-iqtisadi və mədəni modernləşməni yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütюvlükdə regionun ən nüfuzlu dюvlətinə çevrilməsi, ilk nюvbədə, elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf strategiyası ilə bağlıdır. Respublikanın bütün problemlərinə milli dюvlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirən Prezident İlham Əliyev praqmatik liderlik keyfiyyətləri sayəsində yeni dюvr üçün qarşıda duran prioritet vəzifələri dəqiq müəyyənləşdirmişdir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində bu barədə ətraflı danışmışdır. Dюvlət başçısı demişdir: "Ümumi iqtisadi inkişaf çox yüksək templərlə юlçülməsə də, qeyri-neft iqtisadiyyatımız sürətlə artmaqdadır. Birinci rübdə ümumi daxili məhsul 0,5 faiz artmışdır. Ancaq qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7 faiz artmışdır. Bu, çox gюzəl gюstəricidir və son ayların, illərin gюstəricisidir.
İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Əgər sənaye istehsalına nəzər salsaq gюrərik ki, ümumi sənaye istehsalı 3 faiz azalmış, ancaq qeyri-neft sənayemiz 16,5 faiz artmışdır. Bu, səhv etmirəmsə, müstəqillik dюvründə ən yüksək, rekord gюstəricidir və yenə də son illər ərzində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki qeyri-neft sənayesinin inkişafı ilə bağlı mənim tərəfimdən dəfələrlə müvafiq gюstərişlər verilmişdir, konkret addımlar atılmışdır. Dюvlət İnvestisiya Proqramında bu məsələlər юz həllini tapmışdır. Юzəl sektora gюstərilən dəstək - həm siyasi, həm maddi dəstək, kreditlərin verilməsi qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır"...
Dюvlət başçısı həmçinin bildirmişdir ki, sюzügedən dюvrdə makroiqtisadi gюstəricilər müsbətdir. İnflyasiya cəmi 3,1 faizdir. Əhalinin pul gəlirləri isə təxminən 14 faizdir. Bu da, ümumiyyətlə, son illər ərzində ənənəvi bir balansdır. Çünki inflyasiyanı əhalinin pul gəlirlərinin həcmindən ayrı hesablamaq düzgün olmaz. Əhalinin pul gəlirləri inflyasiyanı on faiz, ondan da çox üstələyir. Bütюvlükdə bu, onu gюstərir ki, bizim büdcəmiz ildən-ilə artır və bu ilin dюvlət büdcəsi 20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən 25 milyard dollara bərabərdir. Sosial proqramlar uğurla icra edilir...
Yeri gəlmişkən, юlkəmizin sosial-iqtisadi inkişafının ən mühüm gюstəricilərindən birinə diqqət yetirək. Bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız daha da artmışdır və 43 milyard dollardan çoxdur. Dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren юlkələr arasında çox yüksək inkişafın belə dinamikası deməyə əsas verir ki, bu ehtiyatlar getdikcə artacaq. Həmin vəsaitin səmərəli istifadəsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq və sюzügedən vəsaitdən əldə ediləcək əlavə gəlirlər, əlbəttə ki, gələcəkdə юlkənin maliyyə vəziyyətini daha da yaxşılaşdıracaq, yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Beləliklə, dünya bazarlarında mənfi tendensiyaların davam etdiyi bir vaxtda həyata keçirilən düşünülmüş dюvlət siyasəti iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz sektoru ilə yanaşı, investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, kənd təsərrüfatı kimi bюyük sahələrdə də dinamik inkişafa səbəb olmuşdur. "İqtisadi təhlükəsizlik yastığı" olan strateji valyuta ehtiyatlarının makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatması, iqtisadi artımın qeyri-neft sektorundan qaynaqlanması, inflyasiyanın optimal idarə olunan birrəqəmli səviyyədə saxlanması davamlı inkişafa mюhkəm zəmin yaratmışdır.
Bu ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyasının davamı nəticəsində ümumi daxili məhsulun həcminin artımı ilə yanaşı, qeyri-neft sektorunda 7,7 faizlik artıma nail olunmuş, юlkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı юtən ilin müvafiq dюvrünə nisbətən 8,5 faiz yüksələrək 368,5 manat, əhalinin gəlirləri 13,9 faiz artaraq 7 milyard 231,6 milyon manat təşkil etmiş, hər nəfərə düşən gəlirlər isə 12,3 faiz artmışdır. Milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirlərinin yüksəlməsi fonunda inflyasiyanın cəmi 3,1 faiz təşkil etməsi hesabat rübündə banklara qoyulan əmanətlərin həcminin 4,3 faiz artmasına imkan vermişdir.
Dünya birliyinə fəal inteqrasiya edən müstəqil Azərbaycan bu gün regionun iqtisadi və mədəni mərkəzi hesab edilir. Güclü iqtisadi potensial юlkəmizi investisiya ixrac edən юlkəyə çevirməklə Avropa İttifaqı və MDB məkanında irihəcmli investisiya layihələrinin iştirakçısı etmişdir. Bu, həm də beynəlxalq aləmdə respublikamızın gündən-günə güclənən nüfuzunun bariz ifadəsidir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.