Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Londonda keçiriləcək şahmat tacı uğrunda iddiaçılar turnirinin sponsorudur

Aprelin 3-də "Hilton Bakı" mehmanxanasında Azərbaycan Şahmat Federasiyası (AŞF) və Beynəlxalq Şahmat Federasiyası (FİDE) arasında qarşılıqlı əməkdaşlığa dair, eyni zamanda 2013-cü ildə şahmat tacı uğrunda iddiaçılar turnirinin sponsorluğu barədə Sazişlər imzalanmışdır.
Qarşılıqlı əməkdaşlığa dair sənədi FİDE-nin prezidenti Kirsan İlyumjinov və AŞF-nin prezidenti Elman Rüstəmov, sponsorluq anlaşmasını "AGON Limited" şirkətinin rəhbəri Endryu Polson və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev imzalamışlar.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmanın, o cümlədən, şahmatın ölkəmizdə inkişafından danışmış, il ərzində respublikamızda 5-dən çox şahmat məktəbinin istifadəyə verildiyini, şahmatçılarımızın uğurlarını diqqətə çatdırmışdır.
İmzalanmış sənədin əhəmiyyətini yüksək qiymətləndirən AŞF-nin prezidenti Elman Rüstəmov ölkəmizdə müxtəlif beynəlxalq yarışların keçiriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu sənəd FİDE ilə AŞF arasında uzunmüddətli əməkdaşlığın strateji istiqamətlərini müəyyənləşdirir. Bu idman növünün tədrisi və kütləviləşdirilməsi istiqamətində qurumlar arasında əməkdaşlıq yüksək səviyyədədir. Həmçinin, imzalanmış sazişdə 2013-cü ilin martında Londonda keçiriləcək FİDE-nin şahmat üzrə iddiaçılar turnirinin təşkilində AŞF-in rolu öz yerini tapmışdır.
Azərbaycanda idmana göstərilən dövlət qayğısının əhəmiyyətindən danışan FİDE-nin prezidenti K.İlyumjinov ölkəmizdə şahmatın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycan yeganə ölkədir ki, dövlət başçısı tərəfindən şahmatın inkişaf etdirilməsi istiqamətində Dövlət Proqramı imzalanmışdır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycan şahmatçıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Hazırda Teymur Rəcəbov (2784) dünyanın ən güclü şahmatçılarından biridir. O, T.Rəcəbovun şahmat üzrə iddiaçılar turnirində ölkəsini layiqincə təmsil edəcəyinə əminliyini ifadə etmişdir.
ARDNŞ-in Azərbaycanda idmanın inkişafına həmişə dəstək verdiyini bildirən R.Abdullayev şahmatın inkişafında həmişə maraqlı olduqlarını və şahmat tacının Azərbaycana gətirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırmışdır.
Londonda keçiriləcək turnirin təşkilatçısı olan "AGON Limited" şirkətinin rəhbəri E.Polson yarışa hazırlıqların başlandığını, turnirin təqviminin artıq müəyyənləşdiyini və ARDNŞ-in sponsorluğunun tədbirin yüksək səviyyədə təşkilinə imkan yaradacağını söyləmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında