Kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı üçün bütün imkanlar mövcuddur

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Almaniyada keçirilən "Beynəlxalq Yaşıl Həftə-2012" sərgisində və sərgi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün Berlin şəhərində səfərdədir. 
İ.Abasov Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə regional nümayəndəsi xanım Fernanda Querrieri ilə birgə təşkil olunmuş mətbuat konfransında iştirak etmişdir. Nazir 2012-ci ilin aprel ayında Bakıda keçiriləcək FAO-nun Avropa üzrə regional konfransı barədə sərgi iştirakçılarına və Avropa ictimaiyyətinə geniş məlumat vermişdir.
Nazir Almaniyanın Şərqi və Mərkəzi Avropa Cəmiyyəti və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə "Azərbaycanda kənd təsərrüfatının inkişafı" mövzusunda çıxış etmişdir. İ.Abasov aqrar sahədə ixrac potensialının ilbəil artdığını, həmçinin Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı üçün bütün imkanların mövcudluğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında