Kanadanın Toronto şəhərində keçirilən bankçılıq sərgisində Azərbaycan da iştirak edir

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən daxil olmuş məlumatda bildirilir ki, Kanadanın Toronto şəhərində "Sibos-2011" beynəlxalq bankçılıq sərgisi keçirilir.
Tədbirdə Azərbaycanı sərgi stendi ilə təmsil edən yeganə bank "Paşa Bank"dır. Sərgidə "Paşa Bank"ı idarə heyətinin sədri Fərid Axundovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
"Paşa Bank" tərəfindən sərginin iştirakçılarına rəsmi ziyafət verilmişdir. Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev ziyafətdə iştirak etmişdir.
"Sibos-2011" sərgisində "Azərbaycan Beynəlxalq Bankı"nın və "Xalq Bankı"nın nümayəndələri də iştirak edirlər.
Qeyd edək ki, beynəlxalq maliyyə aləmində nüfuza malik bu sərgiyə regionumuzdan yalnız Azərbaycan və Rusiya bankları qatılmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında