Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır

Bu fikir Parisdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi beynəlxalq konfransda səslənmişdir

{nl}

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki ofisində "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 
Konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.
Birinci xanım Mehriban Əliyevaya konfransda iştirak etdiyinə görə minnətdarlığını bildirən Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati tədbirin əhəmiyyətini vurğuladı. Azərbaycanın Fransa üçün bir çox sahələrdə strateji tərəfdaş olduğunu deyən Rəşidə Dati bildirdi ki, 20 ildir müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan bu gün beynəlxalq səhnədə xüsusi rola malikdir. Rəşidə Dati dedi ki, neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan Avropa İttifaqının enerji sahəsində mühüm tərəfdaşıdır. Parisin 7-ci rayonunun meri qeyd etdi ki, bu konfrans da Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının genişləndirilməsinə həsr edilib. Rəşidə Dati iki ölkə arasındakı münasibətlərin dərinləşməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışdı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva beynəlxalq konfransda çıxış etdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında