Rövnəq ABDULLAYEV: Azərbaycan açıq tranzit ölkədir

Avropa Enerji Xartiyasına görə, Azərbaycan açıq tranzit ölkədir. Trend-in məlumatına görə, bunu çərşənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev Avropa İttifaqının Aİ, Azərbaycan və Türkmənistan arasında Transxəzər qaz kəmərinin tikintisi üzrə danışıqlara mandat verilməsi haqqında qərarını şərh edərkən demişdir.
"Transxəzər layihəsi bizim layihəmiz deyil. Bu layihə Türkmənistan və Aİ arasındadır. Avropa Enerji Xartiyasına görə, biz açıq tranzit ölkəsiyik və onların tikmək istədikləri infrastruktur bu iki tərəfin öz işidir.Biz artıq bu məsələni müzakirə etməyə hazır olduğumuzu bildirmişik".
Danışıqlar aparmaq üçün mandat bazar ertəsi verilib. Aİ ilk dəfə olaraq infrastruktur layihələrinə dəstək üzrə saziş təklif edir.
Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq və burada "Nabukko" ilə birləşəcək. Aİ və digər ölkələrlə Transxəzər boru kəmərinin tikintisi barədə danışıqlar ötən əsrin 90-cı illərindən aparılır. Boru kəmərinin tikintisi Xəzərin statusunun müəyyən edilməməsi səbəbindən çətinləşib.
Azərbaycanla Türkmənistanın danışıqları zamanı Aİ Transxəzər boru kəmərinin tikinti və istismarı üçün Türkmənistan və Azərbaycana lazım olan tərəflərin hüquqi öhdəliklərinin, ikitərəfli müqavilələrin hazırlanması ilə bağlı sazişi müzakirə etmək istəyir. Danışıqlar zamanı həmçinin boru kəmərinin türkmən qazı ilə doldurulması üçün tətbiq olunacaq hüquqi bazanın, o cümlədən ticarət sazişlərinin tanınması məsələsi də müzakirə ediləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında