İlin birinci yarısında Səngəçal terminalından təxminən 154,5 milyon barrel neft ixrac edilmişdir

"bp-Azərbaycan" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 
Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 milyon barrel neft və Şahdəniz qazı üçün gündə 25,5 milyon kubmetr qaz (ümumi qaz emalı gücü gündəlik təqribən 39,5 milyon kubmetrdir) təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus qaz kəməri ilə ixrac olunur.
İlin birinci yarısında terminal təxminən 154,5 milyon barrel neft (o cümlədən, 135,7 milyon barrel Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə, 15,2 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu və 3,6 milyon barrel dəmir yolu vasitəsilə) ixrac etmişdir. Bundan əlavə, ikinci rüb ərzində terminaldan gündə orta hesabla 17,7 milyon kubmetr Şahdəniz qazı ixrac edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında