Xəzəryanı dövlətlər dənizdə neft sızmalarının xəbərdar edilməsinə dair sənəd imzalayıblar

Avqustun 12-də Xəzəryanı dövlətlərin rəsmi nümayəndələri Aktauda neftlə çirklənməyə səbəb olan insidentlər zamanı reaksiya və əməkdaşlığa dair regional hazırlıq barədə sənədi imzalayıblar. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verib. Aktauda "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə (Tehran) Konvensiyasının üçüncü iclası keçirilib.
Tehran Konvensiyasının Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan tərəfindən 2003-cü ildə imzalanmasına baxmayaraq, ölkələr arasında dəniz mühitinin qorunmasına yönələn iş əlaqələndirilməyib. Təkcə reaksiya üzrə protokolun razılaşdırılması 8 il çəkib.
Qazaxıstanın ətraf mühitin mühafizəsi naziri Nurqali Aşimovun qeyd etdiyinə görə, sənədin mahiyyəti ondan ibarətdir ki, "beş ölkə bütün mümkün qəzalara operativ reaksiya vermək, bir-birini xəbərdar etmək barədə öhdəlik götürür".
Xəzəryanı dövlətlərin nümayəndələri mübahisəli məsələlərin həlli və Tehran Konvensiyasının digər protokollarının razılaşdırılması üzrə dialoqu davam etdirməyə hazır olduqlarını bəyan etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında