İki rüb ərzində “Azəri-Çıraq-Günəşli”də hasilat 108 milyon barrel olub

Bu ilin yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 108 milyon barrel, yəni 15 milyon ton təşkil edib.

“BP Azerbaijan” şirkətindən bildirilib ki, hesabat dövründə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (49 min), “Mərkəzi Azəri” (158 min), “Qərbi Azəri” (127 min), “Şərqi Azəri” (96 min), “Dərinsulu Günəşli” (107 min) və “Qərbi Çıraq” (59 min) platformalarından birlikdə gündəlik orta hesabla 596 min barrel olub.

İki rübdə AÇG-də ümumilikdə 116 neft hasilat quyusu, 53 qaz və su quyusu istismarda olub. Altı ayda blokda 6 neft quyusu və 2 su injektor quyusu qazılıb.

İlin ilk 6 ayında AÇG layihəsinə təqribən 236 milyon dollar əməliyyat və 552 milyon dollar isə əsaslı məsrəflər xərclənib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında