Yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar olub

Yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon ABŞ dolları olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon dollar və ya 15 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında daha sonra bildirilir ki, ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon dollar) liderliyini qoruyub. İkinci yerdə qızıl, üçüncü yerdə isə elektrik enerjisi qərarlaşıb.

Təkcə iyun ayında qeyri-neft sektoru üzrə ixrac 179 milyon dollar təşkil edib. İyunda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Niderlanddır. İyunda da ixracda tomat (pomidor) dəyəri ilə birinci olub (43,2 milyon dollar).

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında