S&P Azərbaycanın reytinqini "BB+" səviyyəsində təsdiqləyib

“Standard&Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.

“APA-Economics” xəbər verir ki, bu barədə reytinq agentliyi məlumat yayıb. S&P Azərbaycanın uzunmüddətli suveren reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Uzunmüddətli reytinqin proqnozu isə “Stabil” olaraq təsdiqlənib.

“Bizim Azərbaycan üzrə reytinqimiz əvvəlki kimi Dövlət Neft Fondunun əhəmiyyətli yığılmış ehtiyatları ilə dəstəklənən güclü maliyyə durumu ilə izah olunur. Proqnozlara əsasən, 2018-ci ilin sonlarına bu göstərici ÜDM-in təxminən 60 faizini təşkil edəcək", - deyə məlumatda vurğulanıb.

Agentliyin proqnozlarına əsasən, Azərbaycanda 2018-ci ildə ÜDM artımı 2%, 2019-cu ildə 3%, 2020-21-ci illərdə isə 3,5% təşkil edəcək: "2018-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 47 milyard dollar təşkil edəcək. 2019-cu ildə bu rəqəm 47 milyard dollar, 2020-ci ildə 47 milyard dollar, 2021-ci ildə isə 49 milyard dollar olacaq".

S&P beynəlxalq reytinq agentliyi 2018-2020-ci illərdə Azərbaycanda ümumi daxili məhsulun orta illik artımının 3% səviyyəsində olacağını proqnozlaşdırır: "Biz illik orta iqtisadi artımın 3% təşkil edəcəyini gözləyirik. Lakin iqtisadi artım neft sənayesi və dövlət investisiyaları sahəsində tendensiyalarından asılı olaraq qalacaq".

S&P 2018-2020-ci illərdə Azərbaycanda orta illik inflyasiya 4% olacağını proqnozlaşdırır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında