Neftin qiyməti qalxır

Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,3 faiz artaraq bir barreli 74,34 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,4 faiz artaraq bir barreli 69,37 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,5 faiz artaraq bir barreli 76,40 dollar olub.
 
Təhlilçilər bildiriblər ki, Səudiyyə Ərəbistanı Bab əl-Məndəb boğazından keçməklə Qırmızı dəniz vasitəsi ilə neft ixracını həyata keçirərkən Yəmən üsyançıları tankerlərə hücum etmiş və neft ixracının qarşısını almışlar.
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, daha bu yolla neft ixrac edilməyəcək.
Qeyd edək ki, Bab əl-Məndəb boğazı Qırmızı dənizlə Ərəb dənizini birləşdirir və beynəlxalq ticarət üçün geniş imkanlar yaradır.
Səudiyyə Ərəbistanının dünya bazarına neft ixrac edə bilməməsi isə birjalarda “qara qızıl”ın qiymətinin artmasına səbəb olub.
Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında