Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında ölkədə 23,8 milyard manatlıq (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çox) sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artmış, neft sektorunda 0,2 faiz azalmışdır.

Sənaye məhsulunun 72 faizi mədənçıxarma, 23,4 faizi emal, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Mədənçıxarma sektoru üzrə neft hasilatında 0,9 faiz artım, əmtəəlik qaz hasilatında 4,9 faiz azalma qeydə alınmışdır.

Emal sektorunda avtomobil istehsalı 16,6, tütün məmulatlarının istehsalı 3,4, poliqrafiya məhsullarının istehsalı 2,7, mebel istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 84,1, həm hazır metal məmulatlarının, həm də toxuculuq sənayesi məhsullarının istehsalı 64,1, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,9, tikinti materiallarının istehsalı 34, metallurgiya sənayesi məhsullarının istehsalı 15, geyim istehsalı 10,3, içkilərin istehsalı 5,6, kimya sənayesi məhsullarının istehsalı 0,4, əczaçılıq məhsullarının istehsalı 0,3 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3, qida məhsullarının istehsalı 3,1, maşın və avadanlıqların istehsalı 6,7, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8,4, kompüter, elektron və optik məhsulların istehsalı 10,6, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,3, digər nəqliyyat vasitələrinin istehsalı 62,7 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda isə istehsalın həcmi 4, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 0,5 faiz artmışdır.

 Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında