Sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib

 Sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb, artıq portal vasitəsilə 180-dən çox elektron lisenziya verilib.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Nazir qeyd edib ki, dövlət vəsaitlərinin səmərəli və qənaətlə istifadəsi, şəffaflıq və aşkarlıq əsasında rəqabət mühitinin yaradılması nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə açıq satınalma tenderlərinin sayı 54 faiz, müsabiqə yolu ilə satınalmaların məbləği 23 faiz artıb, müsabiqə əsasında satınalmalar zamanı ehtimal olunan qiymətlərlə müqayisədə 117 milyon manat dövlət vəsaitinə qənaət edilib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında