Bu il 137 modul tipli məktəb və 5 xəstəxana istifadəyə veriləcək

Sosial infrastrukturla bağlı bütün işlər plan üzrə gedir. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident çıxışında bu il 137 modul tipli məktəbin istifadəyə verilməli olduğunu, eləcə də Bakı şəhərində 12 məktəbin əsaslı təmir ediləcəyini söyləyib.

Dövlət başçısı qeyd edib ki, bölgələrdə 6 xəstəxana istifadəyə verilməlidir: “Onlardan biri Naftalan şəhərində mənim iştirakımla açıldı və beş şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Goranboy şəhərlərində xəstəxanalar bu ilin sonuna qədər, ya da uzaqbaşı gələn ilin əvvəlində istifadəyə veriləcək”.

Həmçinin vurğulanıb ki, bu il dörd min məcburi köçkün ailəsi yeni evlərlə təmin edilməlidir. Artıq Qobuda özəl sektor tərəfindən mindən çox ailə üçün böyük şəhərcik salınıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında