Neftçala Sənaye Məhəlləsində yaradılan balıq yemi zavodunda quş yemi də istehsal olunur

“Kəhf” MMC-nin Neftçala Sənaye Məhəlləsində yaradılan balıq yemi zavodunda quş yeminin də istehsalına başlanılıb.

Sənaye məhəlləsində ən iri müəssisələrdən olan balıq yemi zavodunda ildə 35 min ton yem istehsal edilir ki, bunun da 25 min tonu balıq, 10 min tonu isə mal-qara yemidir. Cari ilin may ayından zavodda quş yeminin istehsalına da başlanılıb ki, bu da öz növbəsində regionda sənaye üsulu ilə quşçuluğun inkişafına dəstək olmaqla istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə, rəqabət qabiliyyətinin artmasına səbəb olacaq.

Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi də verilib. Bu da 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradıb.

Avropa istehsalı olan müasir avadanlıqların quraşdırıldığı zavodda yüksək ixtisaslı mütəxəssislərlə bərabər 20-dən çox rayon sakini işləyir. Növbəti illərdə isə iş yerlərinin sayının daha da artırılması nəzərdə tutulur.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi Azərbaycan Prezidentinin iştirakı ilə 2017-ci il sentyabrın 24-də açılıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında